Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Coğrafiyaçı alimlər COP29-da iştirak ediblər

Coğrafiyaçı alimlər COP29-da iştirak ediblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin rəhbərliyi ilə böyük bir elmi nümayəndə heyəti iştirak edib.

COP29-un əsas məqsədlərindən biri dayanıqlılığı təşviq etmək, ekoloji təsirləri minimuma endirmək, inklüzivlik və əlçatanlığı tərənnüm etməklə iqlim fəaliyyətində ictimai iştirakı artırmaqdır. Bunu nəzərə alaraq, Coğrafiya İnstitutu Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu ilə birgə “Elm, texnologiya və innovasiya / rəqəmsallaşma günü” tematikası üzrə “Xəzərin reallıqları: davamlı inkişaf” mövzusunda tədbir keçirib.

Tədbirdə Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinin “Uyğunlaşma / İcmal” bölməsinin meneceri Olqa Pilifossova, Qazaxıstanın Coğrafiya və Su Təhlükəsizliyi İnstitutunun rəhbəri akademik Axmetkal Medeu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani çıxış ediblər. Onlar müasir dünyamızda baş verən iqlim dəyişmələri, havada temperaturun artması, quraqlıq hadisə, su ehtiyatları, ekoloji problemlər və onlardan çıxış yolları və digər məsələlərə aydınlıq gətiriblər.

Tədbirin ikinci hissəsində elmi müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Rauf Qardaşov “Xəzər dənizinin səviyyəsinə iqlimin təsiri”, professor Səid Səfərov “Xəzər dənizinin səviyyə rejimi”, Qazaxıstandan Janar Naurozbayeva “İqlim dəyişikliyi kontekstində Xəzər dənizinin buzu”, Finlandiyadan Əli Həqiqi “İqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin qiymətləndirilməsi: iki ssenarili modelləşdirmə metodu” mövzularında çıxışlar ediblərDaha sonra iş adamlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qazaxıstanın Xəzər Ətraf Mühit Konsorsiumun əməkdaşı Yernar Saylıbayev “Caspian Horizons 2027 - Uyğunlaşmaya Baxış”, İonosfer İnstitutunun əməkdaşı Alena Eliseeva “Xəzər dənizinin neftlə çirklənməsinin monitorinqi”, ADA Universitetinin müəllimi Nəzrin Bağırova və Mərkəzi Asiyanın “Qadınlar su diplomatiyasında” şəbəkəsinin əməkdaşı Şoxida Tuliyeva “İqlim dəyişikliyi qarşısında su hövzələrində və Mavi Sülhdə əməkdaşlıq” mövzularında çıxış ediblər.

Tədbirin sonunda akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu arasında memorandum imzalanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər