Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
"Bu ildən etibarən direktor müavinlərinin işə qəbulu yeni mexanizm əsasında həyata keçirilir".
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə bildirdi.
Onun sözlərinə görə, bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, ənənəvi tələblərlə yanaşı ali təhsil, pedaqoji ixtisas və iş stajı, direktor müavini vəzifəsi üçün müvafiq idarəetmə təcrübəsinə malik namizədlərə üstünlük verilir:
“Eyni zamanda, namizədlərin ixtisasları üzrə yüksək nəticələr göstərməsi də əsas meyarlardan biri hesab olunur".




























