AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Azərbaycan Texniki Universitetində (AzTU) həyata keçirilən SABAH proqramlarında tədrisin yüksək keyfiyyətlə təşkili məqsədilə 2026/2027-ci tədris ilində müvafiq ixtisaslar və fənlər üzrə professor-müəllim heyətinin işə qəbulu üçün vakansiya elan edilir.
Aztəhsil.az xəbər verir ki, SABAH proqramlarına tədrisə cəlb edilən professor-müəllim heyətinin əməyinin stimullaşdırılması məqsədilə onların əməkhaqları və dərs yükünə görə ödənişləri universitet üzrə tətbiq olunan mövcud əməkhaqqıdan daha yüksək məbləğdə müəyyən ediləcək.
Ətraflı: //docs.google.com/document/d/1M9jIYTA3w6rAqW08PHAVhLG7TSUcyZRO/edit#heading=h.j4svmruvr4tw
Bakalvriat səviyyəsi üzrə fənlərin siyahısı
İxtisas: Kompüter mühəndisliyi
1. Alqoritmin analizi və hazırlanması üsulları;
2. Müasir proqramlaşdırma dilləri;
3. Kompüter arxitekturası;
4. Verilənlərin strukturu və alqoritmlər;
5. Verilənlər bazası sistemləri;
6. Əməliyyat sistemləri.
İxtisas: İnformasiya təhlükəsizliyi
1. Active Directory təhlükəsizliyi;
2. Şəbəkələrin təhlükəsizliyi;
3. Veb təhlükəsizlik;
4. SOC mühəndisliyi;
5. Kompüter şəbəkələri;
6. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri.
İxtisas: İnformasiya texnologiyaları
1. Kompüter arxitekturası;
2. Proqramlaşdırma texnologiyaları;
3. Mikroprosessor əsaslı sistem layihələri;
4. Sənaye Əşyaların İnterneti (IIoT);
5. İT layihələrin idarə edilməsi.
İxtisas: Kompüter elmləri
1. Differensial tənliklər;
2. Diskret riyaziyyat;
3. Analitik həndəsə;
4. Riyazi analiz-2;
5. Dövrələr nəzəriyyəsi;
6. Ehtimal nəzəriyyəsi;
7. Ehtimal nəzəriyyəsi və riyazi statistika;
8. Ədədi üsullar-1;
9. Ədədi üsullar-2;
10. Tətbiqi riyaziyyat.
İxtisas adı: Kimya mühəndisliyi
1. Kimyəvi termodinamikanın əsasları;
2. Kütlənin və istiliyin transferi;
3. Maye mexanikası;
4. Üzvi kimya;
5. Texniki layihələndirməyə giriş.
Ümumi fənlər
1. Xarici dildə işgüzar və akademik kommunikasiya;
2. Azərbaycan tarixi;
3. Fəlsəfə;
4. Mülki müdafiə.
Magistratura səviyyəsi üzrə fənlərin siyahısı
İxtisas: Kompüter elmləri (Computer science) - (Azərbaycan və ingilis bölməsi)
1. Rəqəmsal transformasiya və dayanıqlı inkişaf — BPMN/Visio, Power BI; SDG ölçüləri;
2. Elektron hökumət arxitekturası və sistemləri;
3. Ağıllı şəhər texnologiyaları və şəhər analitikası.
İxtisas: Kompüter mühəndisliyi (Computer Engineering)
1. Tədqiqat analtikası (Research analytics) - (Azərbaycan və ingilis bölməsi);
2. Şəbəkə Protokolları və arxitekturu (Network Protocols and Architecture);
3. Təhlükəsiz Sistemlər Mühəndisliyi (Secure Systems Engineering);
4. Şəbəkə Sistemləri üçün Maşın Öyrənməsi (Machine Learning for Networked Systems).
İxtisas adı: İnformasiya texnologiyaları (Information Technology)
1. Data analitika və süni intellektin tətbiqləri — Python (pandas), Jupyter, Power BI/ Tableau (ixtisasa uyğun) - (Azərbaycan və ingilis bölməsi);
2. Əşyaların İnterneti (İoT) sistemləri (Internet of Things (IoT) Systems);
3. İnformasiya təhlükəsizliyinin idarə edilməsi (Cybersecurity Management);
4. Rəqəmsal müəssisələr üçün süni intellekt (Artificial Intelligence for Digital Enterprises).
İxtisas: İnformasiya təhlükəsizliyi (Information security) - (ingilis bölməsi)
1. İnformasiya təhlükəsizliyi layihələrinin idarə edilməsi;
2. Nüfuzetmə sınaqlarının əsasları;
3. Təhdid aşkarlama və cavab texnologiyaları;
4. Kibertəhlükəsizlikdə generativ süni intellekt.
Müsabiqədə iştirak etmək istəyənlərdən CV-lərini sabah.teacher@aztu.edu.az ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 19.06.2026



























