Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

Ali təhsil

4-12-2023, 16:52

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar


Dekabrın 4-də İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər.

tehsil.media xəbər verir ki, “F-Holding”in təşkilatçılığı ilə reallaşan səfər heyətində “Bilbao Architecture Team”in (BAT) təsisçisi Xabier Arranz, BAT-ın tərəfdaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Iñigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui təmsil olunublar.

AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədovanın qonaqlarla görüşü keçirilib. Görüşdə AzMİU-nun kafedra müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, AzMİU-nun məzunu, “F-Holding”in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev, universitet rəhbərliyi, memarlıq təhsili üzrə professor-müəllim heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rektor professor Gülçöhrə Məmmədova AzMİU haqqında məlumat verib, universitetdə aparılan tədris prosesi, fakültələr, ixtisaslar, akademik heyət, beynəlxalq əməkdaşlıq əlaqələri, ikili diplom proqramları, mübadilə proqramlarından danışıb, istehsalatla qurulan sağlam əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, AzMİU-nun ixtisaslarına tələb daha da yüksəlib: "Bu gün Qarabağda 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur. Çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraq ki, məzunlarımız, mütəxəssislərimiz memarlığın ən qabaqcıl təcrübəsindən yararlansın, onlar öz bilik və bacarıqlarını həmin ərazilərdə bərpa-quruculuq işlərinə sərf etsinlər. Yeni şəhərlər, kəndlər inşa etsinlər və soydaşlarımız öz yurd-yuvalarına daha tez qayıda bilsinlər".

“Dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir”

AzMİU-nun memalıq və dizayn sahələrində İtaliya, İspaniya , Fransa, Türkiyə və digər ölkələrin nüfuzlu universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrinə toxunan rektor bu əməkdaşlıqla paralel istehsalat müəssisələri ilə tərəfdaşlığın önəminə diqqət çəkib: “ Bizim üçün Dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir. Bu baxımdan bugünkü görüş memarlıq təhsili üçün böyük əhəmiyyət daşıyır. AzMİU bir çox sahələrdə istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Qurulan bu əlaqələrin başlıca magistral istiqaməti isə təhsilin keyfiyyətinin artırılmasıdır. Biz çalışırıq ki, tələbələrimiz istehsalatdan olan mütəxəssislərdən praktik təcrübə qazansınlar. İspan memarların gələcəyə yönəlik binaların layihələndirilməsi sahəsində zəngin təcrübəsi var. Mən əminəm ki, onların təcrübəsindən bizim tələbələr faydalana biləcəklər”.

Söhbət əsnasında AzMİU-nun tələbə şəhərciyi barədə də danışan rektor bildirib ki, uzun illər tələbə yataqxanasında 1990-cı illərdə işğal olunmuş ərazilərimizdən didərgin düşmüş məcburi köçkünlər yaşayıb və hazırda şərait tələbələrin yaşaması üçün əlverişli deyil, ciddi təmir işlərinə ehtiyac var: “Məcburi köçkünlərimiz üçün cənab Prezidentin tapşırığı ilə şəhərciklər salındı, onlar fərdi evlərlə təmin olundu. Torpaqlarımız azad olunandan sonra isə “Böyük Qayıdış” proqramına başlanılıb, vətəndaşlarımız öz doğma yurduna qayıdırlar və bizim yataqxanalar boşalıb. Lakin uzun illər istismarda olan yataqxana binalarında şərait əlverişli deyil”.

“Tələbələrə xoş xəbər – AzMİU-nun yataqxana kompleksi əsaslı təmir olunacaq”

"F-Holding”in təsisçisi Fərid Mustafayev çıxışında memorandumun Azərbaycan memarlarının xaricdə, xarici memarların isə Azərbaycanda fəaliyyətinə şərait yaradacağını vurğulayıb: "Biz peşəkar bir komanda ilə burdayıq. Ümid edirik ki, gəlişimiz AzMİU üçün çox faydalı olacaq. Mənim təsisçisi olduğum şirkət Azərbaycanla yanaşı, İspaniyada da fəaliyyət göstərir. Gördüyünüz memarlar hər biri öz profillərində kifayət qədər tanınan memarlardır. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır. Bu işlərə töhfə vermək üçün yüksək bilik və bacarıqlara malik memarlar yetişdirmək lazımdır. Mən inanıram ki, əməkdaşlığımız yetişəcək gənc memarlara dünya səviyyəli mütəxəssislər olmasına töhfə verəcək”.

Fərid Mustafayev çıxışında AzMİU-nun yataqxana kompleksi ilə bağlı məsələyə də toxunub. Şirkət rəhbəri qeyd edib ki, "F-Holding” yataqxananın təmir işlərini öhdələrinə götürür və gələn ildən etibarən təmir-bərpa işlərinə başlamaq mümkündür.

Professor Elbay Qasımzadə isə çıxışında görüşü Azərbaycan memarlığı üçün əlamətdar hadisə adlandırıb: “Bu gün Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əsl dönüş yaranıb, ölçüyəgəlməz işlər həyata keçirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda infrastruktur tamamilə yenilənir. Bütün şəhərlərin Baş planları üzərində iş aparılır. Bütün bu işlər bizim qarşımızda daha böyük vəzifələr qoyur. Bu baxımdan uğurlu beynəlxalq təcrübənin tədrisə daha intensiv tətbiqi müsbət nəticələrə yol açacaq”.

İspan qonaqlar da öz növbələrində səmimi qarşılanmaya görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovaya təşəkkürlərini bildiriblər.. Çıxışlarda müasir memarlıq təcrübələrini universitetin auditoriyalarında bölüşməyə hazır olduqlarını deyiblər. AzMİU-nun memarlıq ixtisası üzrə tədris aparan akademik heyəti və tələbələrlə öz müasir memarlıq təcrübələrini bölüşməkdən məmnun olacaqlarını bildiriblər.

“Yeni memorandum xarici təcrübədən yararlanmağa şərait yaratdı”

Görüşdə bir sıra istiqamətlər üzrə də əməkdaşlıq məsələləri müzakirə olunub və AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.

Dövlət-özəl əməkdaşlığına əsaslan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, birgə layihələrin işlənilməsi planlaşdırılır.

Daha sonra ispan memarların Memarlıq fakültəsinin müəllim və tələbələri üçün təqdimatları təşkil olunub.

Təqdimatlarda əcnəbi memarlar özlərinə məxsus məşhur layihələri, həmin layihələrin elmi-nəzəri, həmçinin praktiki aspektləri haqqında geniş məlumat veriblər.

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

Oxunub: 188
Paylaş:
Digər xəbərlər

Ali təhsil

7-09-2023, 17:36

AzMİU tələbələri Şuşaya səfər ediblər

Ali təhsil

5-10-2023, 17:34

Dünya memarları AzMİU-da - FOTO

Ali təhsil

5-10-2023, 09:30

Türkiyəli professor AzMİU-nun müəllim və tələbələri ilə fikir mübadiləsi aparıb

Ali təhsil

11-10-2023, 17:30

AzMİU-da əməkhaqları artırılıb

Ali təhsil

24-05-2023, 19:57

Radiasiya Problemləri İnstitutunda AzMİU-nun baza kafedrası yaradılacaq

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 18:26
Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
Bugün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Bugün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Bugün, 17:32
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
Bugün, 17:31
Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
Bugün, 17:30
DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 18:26
    Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
  • Bugün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Bugün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Bugün, 17:32
    Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
  • Bugün, 17:31
    Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
  • Bugün, 17:30
    DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
  • Bugün, 17:29
    Azad Qarabağın elmi təməli necə qoyulur? Qarabağ Universitetindən REPORTAJ
  • Bugün, 17:29
    Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
  • Bugün, 17:28
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Bugün, 14:10
    Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Bugün, 14:09
    AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır
  • Bugün, 14:08
    Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB
  • Bugün, 14:08
    Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR
  • Bugün, 14:07
    Səhiyyə Nazirliyi uşaqlar üçün tibbi aksiya keçirib
  • Bugün, 14:06
    Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
  • Bugün, 09:22
    Dərslik müəllifləri Qərbi Azərbaycan İcmasında görüşəcəklər
  • Bugün, 09:21
    Nazirlik və Cambridge əməkdaşlığı elmi nəşrlərə çıxışı genişləndirir
  • Bugün, 09:21
    DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
  • Bugün, 09:20
    Son 3 ildə yüksək bal toplayanlar rekord sayda ARTIB - STATİSTİKA
  • Dün, 21:48
    Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
  • Dün, 14:30
    Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
  • Dün, 14:29
    Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
  • Dün, 14:28
    Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
  • Dün, 14:28
    Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
  • Dün, 14:26
    Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
  • Dün, 13:15
    Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
  • Dün, 08:49
    Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
  • Dün, 08:47
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 20:21
    Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
  • 11-02-2026, 20:19
    Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH
  • 11-02-2026, 20:18
    İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır
  • 11-02-2026, 20:17
    Dərsliklər yeganə bilik mənbəyi DEYİL
  • 11-02-2026, 20:17
    MİQ və sertifikasiya: psixoloji suallara da yer verilməlidir?
  • 11-02-2026, 20:16
    Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir
  • 11-02-2026, 20:15
    Prezident: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
Daha çox
Dün, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
10-02-2026, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
10-02-2026, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
Dün, 08:49
Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
Dün, 13:15
Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə