"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2025-ci ilin noyabr ayından etibarən həyata keçirilən "BilBacar" müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə final imtahanı 11 iyun saat 11:00-da keçiriləcək.
Aztəhsil.az xəbər verir ki, 2025-ci ilin noyabr ayında start verilən müsabiqədə respublikanın 1300-dən çox ümumtəhsil müəssisəsinin III və IV siniflərindən 160 000-ə yaxın şagird iştirak edib.
Müsabiqə III və IV sinif şagirdləri arasında oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilib



























