Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Milli Məclisin Mədəniyyət komitəsi akademik Yaqub Mahmudovu təbrik edib

Milli Məclisin Mədəniyyət komitəsi akademik Yaqub Mahmudovu təbrik edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa AMEA-nın müşaviri, akademik, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudova 85 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

“Hörmətli Yaqub müəllim,

Sizi - görkəmli elm və ictimai xadimi 85 illik yubileyinizlə bağlı təbrik edir, Sizə möhkəm can sağlığı diləyirəm!

Siz tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII yüzillərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik ilişkilər saxladığını təsbit etmiş, müvafiq ölkələrlə danışıqlar apararaq bir çox Azərbaycan diplomatının adını üzə çıxarmısınız. 1986-1990-cı illərdə Sizin təşəbbüsünüzlə universitetin Tarix fakültəsində yeni ixtisaslar, o cümlədən “Tarixçi‐arxivşünas”, “Tarixçi‐arxeoloq”, “Tarixçi‐etnoqraf”, “Etnopsixologiya”, “Etnososiologiya” və b. ixtisasları açılıb, “Azərbaycanın maddi‐mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya” və b. laboratoriyalar yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb. BDU-nun Tarix fakültəsinin (formalaşması Sizin adınızla sıx bağlı olan) “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiri olaraq uzunmüddətli, səmərəli xidmət göstərmisiniz.

Siz Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak etmisiniz. 1991-1992‐ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna Siz başçılıq etmisiniz. “Ata yurdu” dərsliyiniz 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib. Sizin baş redaktoru olduğunuz “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə, Bakı, 2004-2005) cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Həmmüəllifi olduğunuz “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında (7 dildə) ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda - ən qədim dönəmlərdən günümüzədək təkzibolunmaz sənədlər və fotoşəkillər əsasında şərh olunub. İlk “Azərbaycan tarixi atlası”nın (Bakı, 2007) xüsusi məzmunu Sizin rəhbərliyiniz və redaktənizlə işlənilib.

Sizin rəhbərliyinizlə “Azərbaycan tarixi ilk qaynaqlarda” layihəsi gerçəkləşib və respublikamıza Türkiyə, Almaniya, Böyük Britaniya, Gürcüstan, Fransa, Hindistan, Rusiya və b. ölkələrdən on minlərlə arxiv sənədi gətirilib. Həmmüəllifi olduğunuz “Heydər Əliyev” ikicildliyi (Bakı, 2013) Ümummilli liderin dövlətçilik fəaliyyətinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Sizin həmmüəllifi olduğunuz “Azərbaycan Respublikasının tarixi” ikicildliyi (Bakı, 2016) müstəqillik dönəmi tariximizin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür.

Sizin elmi redaktoru və naşiri olduğunuz “Azərbaycan tarixi xəritələrdə” atlası (Bakı, 2022) Azərbaycan tarixinə dair ilk fundamental atlasdır. Siz diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi yönündə elmi məktəblər yaratmısınız.

1992-1993-cü illərdə Ali Attestasiya Komissiyasının sədr müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmısınız. Siz 2004-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnologiya İnstitutu) direktoru olaraq unudulmaz elmi və ictimai xidmətlər göstərmisiniz. Mindən çox elmi əsərin müəllifisiz. Sizin elmi rəhbərliyinizlə onlarla fəlsəfə və elmlər doktoru yetişib.

Sizin həmmüəllif və naşiri olduğunuz fundamental araşdırmalar - “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Quzey Azərbaycan torpaqlarına köçürülməsi” adlı kitablarınız Dövlət Mükafatına layiq görülüb. 18 cildlik “Seçilmiş əsərləri”niz gün üzü görüb. Əsərləriniz bir çox xarici ölkədə (qardaş Türkiyə, Qırğızıstan, Macarıstan və Pakistanda, habelə Ukrayna, Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Güney Koreya, Rumıniya, Rusiya, Polşa, Meksika, Misir, İtaliya, İsveç və b. ölkələrdə) nəşr olunub.

Siz II-V çağırışlarda Milli Məclisin üzvü olmusunuz. Azərbaycanın və Dağıstanın Əməkdar elm xadimi fəxri adı, Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf”, 1‐ci dərəcəli “Əmək” ordenləri və Dövlət Mükafatı ilə təltif olunmusunuz.

Milli Məclisin Mədəniyyət Komitəsi adından Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!”

Oxşar xəbərlər

Bütün xəbərlər