Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar

“Siracəddin Urməvinin dünyagörüşü” kitabı nəşr edilib

“Siracəddin Urməvinin dünyagörüşü” kitabı nəşr edilib

Professor Zakir Məmmədovun “Siracəddin Urməvinin dünyagörüşü” kitabı nəşr edilib.

Qeyd edilib ki, Zakir Məmmədovun irsi onilliklər keçsə də elmi dəyərini saxlayır. Bu baxımdan alimin yaradıcılığının ilk illərindən qələmə aldığı “Siracəddin Urməvinin dünyagörüşü” kitabı mühüm əhəmiyyət daşıyır. Tədqiqatçı mənbələr əsasında, tarixilik prinsipindən və həqiqi alim mövqeyindən çıxış edərək Azərbaycan filosofunun dünyagörüşünü araşdırıb. Bu kitabın kiçik bir hissəsi “Siracəddin Urməvi” adlı kitabça kimi 1990-cı ildə çapdan çıxıb. Kitabçada orta əsr Şərq fəlsəfəsi tarixində əzəmətli mövqe tutan mütəfəkkirin sosial-siyasi görüşləri və etik fikirləri ilk dəfə olaraq göstərilib.

Yeni nəşrdə “Siracəddin Urməvinin dövrü və yaradıcılıq irsi”, “Siracəddin Urməvinin fəlsəfəsi”, “Siracəddin Urməvinin məntiqi”, “Siracəddin Urməvinin sosial-siyasi və etik görüşləri” adlı dörd fəsil var.

Kitabda Azərbaycan filosofunun dünyəvi elmlərlə bərabər dini elmləri, xüsusən müsəlman hüququnu dərindən bildiyi, dövlət işləri ilə də maraqlandığı göstərilir. Tədqiqatçı yazır ki, Konya şəhərində qazı işləyən Siracəddin Urməvi 1277-ci ildən etibarən bütün Rum ölkəsinin baş qazısı (kadı əl-küdat) vəzifəsini tutub. Məşhur sufi şair, mövləvilik təriqətinin banisi Mövlanə Cəlaləddin Rumi Siracəddin Urməvinin ən istəkli dostlarından biri olub. Konyada baş qazı işləyən Azərbaycan filosofu geniş biliyinə, böyük zəkasına və yüksək mənəviyyatına görə Mövlanəyə dərin rəğbət bəsləyib, onun azadfikirlilik meyillərinə qarşı çıxanlara haqq qazandırmayıb. Əksinə, o, hüquqşünas alim kimi Cəlaləddin Rumini qaragüruhdan həmişə qoruyub. Siracəddin Urməvinin elmə və sənətə, haqqa və ədalətə, humanizmə və azadfikirlilik meyillərinə böyük əhəmiyyət verməyinin nəticəsidir ki, Cəlaləddin Rumi onu – Konya şəhərinin baş qazısını yaxşı adam kimi səciyyələndirib.

Müəllif qeyd edir ki, Siracəddin Urməvinin təbiətşünaslıq, məntiq və fəlsəfəsi ilə birlikdə mütərəqqi sosial-siyasi görüşləri və etik fikirləri yaşayıb-yaratdığı XIII əsrdə dərin elmi məzmununa görə seçilib və filosofun yaradıcılıq irsi sonrakı əsrlərdə də yayılıb. Alim orta əsrlərdə bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi şəxsiyyətlərdəndir. Onun “Məntiqə və fəlsəfəyə dair nurların doğuşları” kitabından Yaxın və Orta Şərq ölkələrində XIX əsrə qədər dərslik kimi istifadə olunub.

Kitab qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlunun xatirəsinə ithaf edilib.

“Siracəddin Urməvinin dünyagörüşü” kitabını çapa hazırlayan, tərtibçisi və “Ön söz”ün müəllifi Aytək Zakirqızıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər