Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

“Sabahın Gücü” İnkişaf Proqramının ilk məzunları təltif olunublar - FOTO

“Sabahın Gücü” İnkişaf Proqramının ilk məzunları təltif olunublar - FOTO

"Sabahın Gücü” inkişaf proqramı ölkədə ilk dəfə olaraq STP Şirkətlər Qrupu tərəfindən mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədilə yaradılan proqramdır.

Tehsil.biz xəbər verir ki, Proqramın məqsədi ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsi siyasətinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc kadrların yetişdirilməsi və son nəticə olaraq ölkə gənclərinin inkişafına dəstək verməkdir.

2023-cü ildən start götürən proqram gənclərin böyük marağına səbəb olmuşdur. Belə ki, layihənin ilk ayında proqrama qoşulmaq arzusunda olanların sayı 1000 nəfərə qədər çatmışdır. Sonrakı mərhələlərdə seçim turlarını keçən 50 nəfər gənc arasından 43 nəfəri proqramı uğurla bitirmiş və bu gün təşkil olunan tədbirdə sertifikatla təltif olunmuşlar. Proqram müddətində təcrübəçilərin texniki biliklərinin və yumşaq bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər təşkil edilməklə yanaşı, onların peşəkar hazırlığını təmin etmək üçün STP-nin əməkdaşlarından ibarət mentorlar komandası proqrama cəlb edilmişdir. İnkişaf proqramına sənaye, mexanika, kimya və elektrik mühəndisləri, proseslərin avtomatlaşdırması və informasiya texnologiyaları üzrə mütəxəssislər, texniki peşə sahibləri cəlb edilmişdir.

Tədbirdə çıxış edən STP şirkətlər qrupunun baş insan resursları inzibatçısı, “Sabahın Gücü” inkişaf proqramının rəhbəri Şölə Əliyeva, STP Şirkətlər Qrupu üçün gənclərin inkişafının prioritet məsələlərdən olduğunu qeyd etdi. Son 3 ildə 250 nəfərə qədər gəncin peşəkar sənaye mühəndisi kimi yetişdirildiyini vurğulayaraq, bu istiqamətdə “Sabahın Gücü” inkişaf proqramının məqsədinin daha çox gənci prosesə cəlb etməklə, ölkə gəncləri arasında sənaye mühəndisliyi sahəsinə marağın daha da böyüdülməsi olduğunu qeyd etdi.

Proqramı uğurla bitirmiş gənclər STP şirkətlər qrupuna daxil şirkətlərlə bərabər, ölkəmizdə sənaye sahəsində fəaliyyət göstərən digər böyük şirkətlərdə iş imkanı əldə etmişlər.

Tədbirdə bir sıra ali təhsil müəssisələrin rəhbərləri iştirak edərək məzunları təbrik edib, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar. STP Şirkətlər Qrupunun rəhbərliyi öz növbəsində proqram çərçivəsində dəstək göstərən ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim etdi.

Həmçinin tədbirdə gələcək layihələrdə qarşılıqlı əməkdaşlıq məqsədilə Təhsil İnkişaf Fondu və STP arasında anlaşma memorandumu imzalanmışdır.

Qeyd edək ki, Gənclərin davamlı peşəkar inkişafını təmin etmək üçün “Sabahn Gücü” inkişaf proqramı yenidən seçim prosesinə start vermişdir. Proqrama qoşulmaq üçün, CV-nizi mövzu hissəsində ixtisasınızı qeyd etməklə, sabahingucu@stp.az elektron ünvanına göndərə bilərsiniz. Eyni zamanda https://stpcareer.com/vakansiyalar/9 keçidindən istifadə edərək müraciət edə bilərsiniz.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Bütün xəbərlər