Xəbər lentiwidget-title-icon

Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək

Təhsil bazara çevrilib – “Repetitorluğa nəzarət edən yoxdur”

Təhsil bazara çevrilib – “Repetitorluğa nəzarət edən yoxdur”

Danılmaz faktdır ki, bir çox abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq üçün ya fərdi olaraq repetitor yanına, ya da hazırlıq kurslarına müraciət edir.

Bəs abituriyentlər daha yüksək nəticə göstərmək üçün fərdi olaraq repetitor yanına getməlidirlər, yoxsa hazırlıq kurslarına?

Təhsilmedia.az açıqlama verən təhsil eksperti Elçin Əfəndi məsələyə münasibət bildirərək söyləyib ki, hazırlıq kursları abituriyentlər üçün daha əlverişlidir:

“Mən üstünlüyü hazırlıq kurslarına verirəm. Hazırkı vəziyyətdə, xüsusilə pandemiyadan sonra artıq repetitorluq fəaliyyəti olduqca genişləndi. Bunada uyğun olaraq hər kəs istədiyi qiyməti təyin etdi. Bu gün təəssüflər olsun ki, 1 abituriyent müəyyən fənlər üzrə hazırlığa gedirsə, həmin ailə minimal 500-1000 manat xərc çəkir. Hətta bəzi ərazilərdə yaşayan ailələr var ki, 1500-2000 manat hazırlıqlara pul verirlər. Söhbət repetitor hazırlığından gedir. Bu gün repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin auditoriyasına baxsaq görərik ki, 15-20 abituriyenti hazırlaşdırırlar”.

Ekspert hazırlıq kurslarının üstün olduğunu qeyd etsə də, bunu hamısına şamil etməyib:

“Hazırlıq kursları hər ay imtahan keçirib uşaqların bilik və bacarıqlarını yoxlayır və onun üzərindən valideynlərə məlumat verir. Bu kurslarda valideyn iclası keçirilir və şagirdin davamiyyəti yoxlanılır. Gecikən, məsuliyyətsiz və dərslərə hazırlıqsız gələn şagirdlərlə bağlı dərhal valideynləri ilə əlaqə saxlanılır, bu barədə məlumat verilir. Amma təəssüflər olsun ki, bəzi repetitorluqla məşğul olan şəxslərin bu istiqamətdə məlumat vermədiyini görürük. Çünki bu informasiyanı verib uşağı itirmək istəmirlər.

Müəyyən hazırlıq kursları var ki, onlar abituriyent ali təhsil müəssisəsinə qəbul olana kimi onunla maraqlanır. İstər psixoloji cəhətdən, istərsə də maliyyə cəhətdən yardım edirlər. Yəni 6 fənn tədris olunursa, 200-250 manata bu fənnin tədrisini həyata keçirirlər. Amma elə repetitorlar var ki, 1 fənnə görə 250 manat pul istəyir.

Onu da qeyd etmək lazımdır ki, hazırlıq kurslarının əlavə üstünlüklərinin olmasını bütün kurslara aid edə bilmərik”.

Ekspertin sözlərinə görə indiki dövrdə təhsil bazara çevrilib:

“Bu bazara nəzarət yoxdur. Hazırlıq kurslarına nəzarət varsa, repetitorluğa nəzarət edən yoxdur. Nəzarətin olmaması da çox hallarda gözləntini doğrultmur. Baxırsan ki, valideyn yaxınlaşıb deyir ki, uşağım 3 ildir repetitor yanına gedir. Amma 150,160 və ya 200 bal toplayıb. Bu kimi məqamlar təəssüf ki, məhz həmin repetitorun keçdiyi dərslərin effektivliliyinin göstəricisidir. Amma elə repetitorlar da var ki, onlar bütün vicdanı ilə abituriyenti hazırlaşdırır.Onlar üçün müvafiq konsultasiyalar keçir, psixoloji hazırlaşdırır və ödənişdə güzəştlər edir. Həmin repetitorların hazırlaşdırdıqları abituriyentlər yaxşı nəticə göstərir”.

Oxşar xəbərlər

Bütün xəbərlər