Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

“TEAS PRESS” yenidən gənclər üçün roman müsabiqəsi elan edib

“TEAS PRESS” yenidən gənclər üçün roman müsabiqəsi elan edib

"Müasir ədəbiyyatımızın inkişafı və gənc yazıçılara dəstək məqsədi ilə təşkil olunan müsabiqəyə hər müəllif tərəfindən yalnız bir əsər təqdim edilə bilər. Əsərlər Azərbaycan dilində, roman janrında yazılmalı və müsabiqə üçün müəyyən olunmuş meyarlara cavab vermək şərti ilə indiyədək heç yerdə çap olunmamalıdır".

Təhsilmedia.az xəbər verir ki, bu barədə “TEAS PRESS”-dən bildirilib.

Qeyd edilib ki, müsabiqənin şərtləri aşağıdakılardan ibarətdir:
– İştirakçıların yaş həddi 18-35 arasında olmalıdır;
– Əsərlərin müsabiqəyə qəbulu 22 yanvar 2024-cü il tarixindən başlayacaq və 22 iyul 2024-cü il tarixinə qədər davam edəcək;
- Hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan, öncəki müsabiqədə iştirak etməyən bir roman təqdim edə bilər;
– Müsabiqəyə təqdim edilən romanın həcmi ümumilikdə Vörd formatında 60 min sözü keçməməlidir;
Əsərlər qiymətləndirilərkən (hər cür qeyri-ədəbi yanaşma, bədii təfəkkürü və yaradıcılığı məhdudlaşdıran istənilən səbəb qəti istisna olunmaqla!) münsiflərin özlərinin müəyyənləşdirib rəhbər tutduqları digər estetik və etik kriteriyalarla yanaşı, aşağıdakı meyarlar əsas götürüləcək:
- milli və bəşəri dəyərlərə əsaslanan mövzuların ən uyğun bədii forma daxilində, məzmun-janr mütənasibliyi ilə təqdimatı;
- vətənpərvərlik (Qarabağ mövzusu da daxil olmaqla) milli və bəşəri ədəbi ənənələrdən yenilikçi tərzdə bəhrələnmə, çağdaş dünya ədəbiyyatı və yeni ədəbi təmayüllərlə yaxından səsləşmə, keçmişə, bu günə və gələcəyə dair mütərəqqi düşüncələrin təsirli bədii ifadəsini verə bilmək;
- Azərbaycan dilinin qorunmasına, inkişafına, həmçinin çağdaş ədəbi-linqvistik meyl və tələblər əsasında zənginləşməsinə, yeni üslubi-ifadə imkanları qazanmasına xidmət etmək;
- ideya planında ədəbiyyatın bəşəri-humanist mahiyyətinə sadiq qalmaq, irqi, milli, siyasi və sair zəmində nifrətin, qarşıdurmanın təbliğinə yol verməmək;
- ümumdünya ədəbi prosesinə inteqrasiyada pozitiv rol oynamaq, beynəlxalq səviyyədə maraq və rəğbət doğurmaq, yerli ədəbi mühiti dünya miqyasında uğurla təmsil edə bilmək imkanları;
– əsərlər fərdi qaydada – müəlliflərin özü tərəfindən elanda qeyd olunan imeyl ünvanına göndərilməlidir (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə);
– müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və qaliblərin müəyyən edildiyi yekun mərhələ olmaqla üç mərhələdə keçiriləcək;
– hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ictimaiyyətə ayrıca məlumat veriləcək.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından seçilən qaliblər üçün ümumi qaydada aşağıdakı mükafatlar nəzərdə tutulur:

- I yerin sahibi - 3000 (üç min) AZN pul mükafatı, əsərin ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən çap olunması və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatının keçirilməsi;
- II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı;
- III yerin sahibi - 1500 (bir min beş yüz) AZN pul mükafatı.
Müsabiqədə iştirak etmək istəyənlər musabiqe@teaspress.az elektron ünvanına müraciət edə bilərlər.

Oxşar xəbərlər

Bütün xəbərlər