Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Kvalifikasiya nədir?

Kvalifikasiya nədir?

Son zamanlar təhsildə KLAVİFİKASİYA sözü ilə tez-tez rastlaşırıq. Təhsilin gündəminə çevrilən klavifikasiya nədir? Gəlin bunu araşdıraq.

Kvalifikasiya - şəxsin müvafiq standartlara uyğun olan təlim nəticələrinin əldə edilməsi haqqında səlahiyyətli qurum tərəfindən aparılan qiymətləndirmə və təsdiqetmə prosesinin rəsmi nəticəsidir (sertifikat, attestat, diplom).

Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir.

MKÇ təhsil ilə əmək bazarını birləşdirməklə kvalifikasiyaların gücləndiriməsi üçün təlim nəticələrinə əsaslanan yanaşmanın təşviqində, kvalifikasiyaların və bütövlükdə təhsil sisteminin şəffaflığının təkmilləşdirilməsində, ömürboyu təhsil imkanlarının təqdim edilməsində və təhsil ilə əlaqəli siyasət və qanunvericilikdə islahatların aparılmasında mühüm rol oynayır.

MKÇ təhsil proqramlarının hazırlanması və akkreditasiyasını asanlaşdırır, əvvəlki təhsil də daxil olmaqla kvalifikasiyaların tanınmasını təmin edir, təhsilalanların və işçilərin gələcək təhsil və karyeralarını planlaşdırmaq məqsədi ilə digər ölkələrə rahat keçidini dəstəkləyir.

AzMKÇ:

milli kvalifikasiyaları sistemləşdirir və onların beynəlxalq kvalifikasiyalarla uyğunluğunu asanlaşdırır;
Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsinə və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinə istinad edir;
fərqli kvalifikasiyaları təsvir, təsnif, müqayisə etməyə və başa düşməyə köməklik edir;
formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunmuş nailiyyətlərin tanınmasını və təsdiq edilməsini asanlaşdırır;
ümumi təhsil, peşə təhsili və təlimi, orta ixtisas təhsili, ali təhsil və əlavə təhsil üzrə kvalifikasiyaları əhatə edir;
ömürboyu təhsil konsepsiyasını və imkanlarını təşviq edir;
8 səviyyədən ibarətdir.

AzMKÇ-nin üstünlükləri
bu sahədə müvafiq siyasət, qaydalar, qanunvericilik və institusional sistemləşdirmə işlərində islahatlar aparmaq üçün əlavə tədbirlər görməyə;
Düzgün sistemləşdirilən və əlaqələndirilən alt sistemlər vasitəsilə əlaqəli, şəffaf və inteqrasiya edilmiş kvalifikasiya sistemini qurmağa;
kvalifikasiyaların əldə edilməsi imkanını, ardıcılığını, keyfiyyətini və şəffaflığını artırmağa və bir-biri ilə əlaqələndirməyə;
bütün kvalifikasiyaların tanınmasının və təsdiq edilməsinin təşviqinə;
təhsil ilə iş dünyasını birləşdirməklə yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasına;
özlərinə uyğun təhsil və iş karyerası müəyyən etmək üçün təhsilalanların, təhsilverənlərin və işçilərin yerli və beynəlxalq səviyyədə mobilliyini asanlaşdırmağa imkan verir.
AzMKÇ-nin icrası

AzMKÇ 2018-ci ilin 18 iyul tarixində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir. AzMKÇ-nin icrasına cavabdeh olan əsas qurumlar Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. AzMKÇ təsdiq edildiyi gündən onun icrasını sürətləndirmək məqsədi ilə bir çox işlər və tədbirlər həyata keçirilmişdir:

müvafiq qanunvericilik sənədlərinə peşə yönümü, peşə standartları, səriştəəsaslı təhsil və kurikulum, qiymtləndirmə, qeyri-formal təhsilin tanınması ilə bağlı əlavə və düzəlişlərin edilməsi;
“Peşə təhsilinin dövlət standartları”nın, “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiqi;
Təhsil Nazirliyinin tabeliyində “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin”nin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın və “Bacarıqların İnkişaf Etdirilməsi üzrə Sahə Komissiyaları”nın yaradılması;
donor təşkilatların dəstəyi ilə səriştə əsaslı kurikulumların, kvalifikasiya standartlarının və təlim materiallarının hazırlanması və pilotunun həyata keçirilməsi;
AzMKÇ-nin icrasının təmin edilməsi məqsədilə 2019-2030-ci üçün Məşğulluq Strategiyası və onun icrası üzrə Fəaliyyət Planında kompleks siyasət tədbirlərinin nəzərdə tutulması.

Oxşar xəbərlər

Bütün xəbərlər