Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

20 Yanvar faciəsi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

20 Yanvar faciəsi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan "tehsilmedia.info"a bildirilib ki, Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin, azadlıq eşqinin, əzmkar mübarizənin nümunəsi olan 20 Yanvar hadisələrinin öyrənilməsi və təbliği məqsədilə hazırlanan virtual kitab sərgisində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə yaşanan hadisələrdən, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs edilir.

Materialda Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı Vətəndən kənarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı addımlardan bəhs olunur.

Virtual kitab sərgisində xarici mətbuat səhifələrində 20 Yanvar hadisələri ilə bağlı verilən məqalələrdən sitatlar, faktlar, fotogörüntülər də təqdim edilir. 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bu gün Zəfər tarixini yazması və xalqımıza qələbə sevinci yaşatması da qeyd olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Şəhidlər”, “Qara Yanvar dialoqu”, “Ağla, qərənfil ağla”, “Bakı buxtası – 20 Yanvar”, “Sənin oxşarın bənövşədi” kimi 10-dan çox kitabın annotasiyası yer alır.

Kitabxanada “20 Yanvar Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilmişdir. Sərgidə bu mövzuda olan kitablar, dövri mətbuat materialları, həmçinin kitabxana əməkdaşları tərəfindən hazırlanmış, özündə Azərbaycan, rus, ingilis dillərində 40-dan çox kitabların biblioqrafik təsvirini və annotasiyasını cəmləyən “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı biblioqrafiq icmal sərgilənməkdədir.

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında yerləşdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər