Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

BMU ilə Dövlət Agentliyi arasında sənəd imzalandı

BMU ilə Dövlət Agentliyi arasında sənəd imzalandı

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə peşə təhsilinin daha da inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımlara diqqət çəkən rektor peşə təhsilinin prioritet istiqamət kimi müəyyən olunduğunu deyib. Yaqub Piriyev paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni, müasir tələblərə cavab verən peşə təhsili müəssisələrinin qurulduğunu bildirib. Milli iqtisadiyyatın əsas sektorları üzrə kadr hazırlığında ali təhsil müəssisələri ilə yanaşı, peşə məktəblərinin də üzərinə müvafiq vəzifə və öhdəliklərin düşdüyünü söyləyən rektor bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərin təmin edilməsi üçün təhsilin müvafiq pillələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

BMU-nun Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu deyən Yaqub Piriyev müasir maddi-texniki bazaya malik universitetdə əlaqələrin genişləndirilməsi üçün hər cür potensialın olduğunu ifadə edib.

Öz növbəsində peşə təhsilinə dövlət qayğısından ətraflı bəhs edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə hazırlığında keyfiyyətin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələri önə çəkib. Bəzi peşə sahələri üzrə elmi dəstəyə ehtiyacın olduğunu bildirən direktor bu baxımdan BMU ilə əməkdaşlığın qarşılıqlı faydalar verəcəyinə ümidvar olduğunu söyləyib və səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Ceyhun Kərəmov, həmçinin peşə inkişafı proqramlarının yaradılması, peşə təhsili və təlimi ilə bağlı prioritetlərdən danışıb, xüsusilə də sub-bakalavr dərəcəsi verən yüksək texniki peşə təhsili kontekstində vacibliyinə diqqət çəkib.

Sonra təhsilin ali pilləsi ilə peşə təhsili ixtisaslarında qarşılıqlı maraq yaradan məqamlarla bağlı geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Eyni zamanda, konkret ixtisaslar üzrə əməkdaşlıq, Agentliyin peşə təhsil mərkəzləri ilə tanışlıq nəzərdən keçirilib.

Müzakirələrdən sonra BMU ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında “Əməkdaşlıq haqqında razılaşma” imzalanıb. Peşəkar və mühəndis kadrlarının hazırlanması sahəsində əməkdaşlığın qurulması və inkişafı məqsədi daşıyan sənəd bir çox mühüm istiqamətləri əhatə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər