Peşə təmayüllü siniflərin hesabat tədbiri keçirilir.
tehsil.media xəbər verir ki, tədbirin keçirilməsində məqsəd layihənin pilot olaraq fəaliyyət göstərdiyi 2019-2020, 2020-2021, 2021-2022-ci tədris illəri ərzində fəaliyyətinin yekunlarına dair məlumatı ictimaiyyətə təqdim etmək, əldə edilən uğurları bölüşmək, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs etməkdir.
Tədbirdə Elm və Təhsil Nazirliyi, həmçinin nazirliyə tabe qurumların rəsmiləri, peşə təmayüllü siniflərin əməkdaşları, məktəb direktorları, valideynlər və şagirdlərin iştirakı nəzərdə tutulub.