Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

Akademik Cəlal Əliyevin 95 yaşı tamam olur

Akademik Cəlal Əliyevin 95 yaşı tamam olur


Bu gün Akademik Cəlal Əliyevin 95 yaşı tamam olur.

tehsilmedia.info xəbər verir ki, Əliyev Cəlal Əlirza oğlu 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.

1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1955-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə namizədlik, 1971-ci doktorluq dissertasiyalarını müdafiə edib, 1976-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib. 1997-ci ildə professor elmi adını alıb. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının (1996) xarici üzvü olub.

Elmi fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki fiziologiyası şöbəsində başlayan Cəlal Əliyev burada laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib. O, eyni zamanda 1971-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradıb, onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinə qədər inkişaf etdirib və 1990-cı ildən etibarən ömrünün sonunadək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik edib. 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik-katibi olub. Müxtəlif illərdə Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib.

Cəlal Əliyev fiziki-kimyəvi biologiya sahəsində tədqiqatları genişləndirərək, keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoyub, onların hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib və fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb. Onun Botanika İnstitutunda rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində aparılan fundamental tədqiqatları və mövcud kadr potensialını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixli Ümumi yığıncağında bu şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib və institut 1 iyul 2016-cı il tarixdən müstəqil fəaliyyət göstərir.

Cəlal Əliyevin elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Alim fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edib. O, bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərini öyrənməklə yüksək məhsuldarlığın əsasında duran əsas prinsipləri işləyib hazırlayıb, fototənəffüs prosesinin əhəmiyyəti ilə bağlı qlobal nəticə əldə edib. Alimin torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlı fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib. Onun rəhbərliyi ilə Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiyası və fəaliyyət planı işlənilib hazırlanıb, Bitki Genbankı yaradılıb, Azərbaycanda təbii floranın öyrənilməsi sahəsində mühüm işlər görülüb, “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri hazırlanaraq nəşr olunub (2013).

Akademik Cəlal Əliyev dərin fundamental araşdırmaları böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi. Alimin fundamental tədqiqatlarının nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticələr verən bərk və yumşaq buğda sortları yaradılıb.

Akademik Cəlal Əliyev respublikada və beynəlxalq nəşrlərdə çap olunmuş 700-dən artıq elmi əsərin, 25 monoqrafiya və kitabın, 25 patentin müəllifi olub. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 13 elmlər və 85 fəlsəfə doktoru hazırlanıb. Alim iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Beynəlxalq Fotosintez Cəmiyyətinin (İSPR) təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhərində Cəlal Əliyevə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfranslar keçirilib (2011, 2013).

Akademik Cəlal Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya Elmləri üzrə Problem Şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktoru, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü və bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və fəxri üzvü olub. O, 1999-cu ildə YUNESKO-nun nəzdində yaradılmış “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin sədri olub.

Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) görkəmli alim akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi dəyərli töhfələri nəzərə alaraq, onun adına beynəlxalq mükafat (“The Jalal Aliyev Lecture Award” - “Akademik Cəlal Əliyev adına mükafat”) və medal təsis edib.

Akademik Cəlal Əliyev Əməkdar elm xadimi fəxri adına (1983) layiq gürülüb, “Qırmızı Əmək Bayrağı” ordeni (1972, 1986), Azərbaycan Respublikasının “İstiqlal” ordeni (2003), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2008) və Azərbaycan Respublikasının “Şərəf” ordeni (2013) ilə təltif olunub. O, kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlara və əldə edilən əhəmiyyətli nəticələrə görə akademik İradə Hüseynova ilə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatına layiq görülüb (2014).

Akademik Cəlal Əliyev XX əsrin sonlarında ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə əsl vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Dörd çağırış (1995; 2000; 2005, 2010) Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub.

Akademik Cəlal Əliyev 2016-cı il fevralın 1-də vəfat edib.

Oxşar xəbərlər


Bütün xəbərlər

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib