Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
"Əsas hədəflərdən biri Qarabağda elm və təhsilin inkişafına töhfə verməkdir. Pedaqoji fəaliyyətin yüksək səviyyədə təşkili, gənc nəslin Qarabağın inkişafına hazırlanması və tələbələrin gələcəkdə müxtəlif təhsil müəssisələrində səmərəli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetdə keçirilən I Qarabağ Təhsil Forumunda səsləndirib.
Şahin Bayramov qeyd edib ki, bu gün görülən işlər gələcək illərdə öz müsbət nəticələrini verəcək və Qarabağda elm, təhsil və mədəni həyatın dirçəlişinə xidmət edəcək.
Rəmziyyə Həsənova / Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçi



























