Xəbər lentiwidget-title-icon

Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi

Peşə təhsilinin inkişaf yolu ilə bağlı konfrans keçirilib

Peşə təhsilinin inkişaf yolu ilə bağlı konfrans keçirilib

Dekabrın 13-də Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, millət vəkilləri, peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin əhatəliliyinin artırılması, adambaşına maliyyələşməyə keçid, yeni peşə təhsili müəssisələrinin tikilməsi və proqramların hazırlanması məsələlərindən danışıb. Nazir bildirib ki, 12 000 tələbənin adambaşına maliyyələşməyə keçidini növbəti 3 il ərzində təmin etmək planlaşdırılıb.

İşğaldan azad olunmuş ərazilərdə səkkiz yeni peşə təhsili müəssisəsinin tikilməsinin nəzərdə tutulduğundan da danışan elm və təhsil naziri əlavə edib ki, Füzuli şəhərində yeni müəssisənin bünövrəsi qoyulub və tikintisinə başlanılıb, həmçinin Şuşa şəhərində peşə təhsilinin yenidən qurulması prosesinə start verilib. Bundan əlavə, Qarabağ Universitetinin tərkibində Xankəndi şəhərində də bir peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Emin Əmrullayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri”, “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər”, “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları”, “Real sektorun ehtiyacları: yeni ixtisaslı kadrları necə hazırlamalı?” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər