Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Ulu Öndərə həsr olunmuş “Qarlı zirvə” kitabının təqdimatı olub

Ulu Öndərə həsr olunmuş “Qarlı zirvə” kitabının təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının və YAP Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə yazıçı-publisist, hüquqşünas Əlisəfa Azayevin Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi "Qarlı zirvə” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə institutdan bildirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçı-publisist Əlisəfa Azayevin yaradıcılığında həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu hadisələrə, mövzulara üstünlük verildiyini diqqətə çatdırıb. Bildirib ki, müəllifin son illərdə müraciət etdiyi mövzular fonunda şəhidlərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz və ziyalılarımızla bağlı əsərlər çoxluq təşkil edir. Qeyd edib ki, Əlisəfa Azayevin Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, dahi liderin xüsusilə Moskva-Naxçıvan-Bakı şəhərlərində bir dövlət xadimi kimi gördüyü işləri tarixi faktlara söykənməklə bədiiləşdirdiyi "Qarlı zirvə” romanı bu qəbildəndir.

Daha sonra Vaqif Alıyev çıxış edərək müəllifin bilavasitə şahidi olduğu, həmçinin araşdırıb topladığı materiallar əsasında qələmə aldığı "Qarlı zirvə” romanında Azərbaycanın müstəqillik qazandığı o çətin dövr tarixininin olduğu kimi əks etdirildiyini söyləyib.

Təqdimat mərasimində çıxış edən şair Abduləziz Xanəhmədoğlu, jurnalist Tofiq Abdullayev, oxucular Namiq Ağayev və Dürriyə Seyidova "Qarlı zirvə” romanı haqqında fikir və mülahizələrini oxucularla bölüşüblər.

Tədbirdə YAP Kürdəmir təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu cür sənədli romanı ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirib. O, Əlisəfa Azayevə YAP Kürdəmir rayon təşkilatının Fəxri fərmanını təqdim edib.

Sonda Əlisəfa Azayev kitabın "Heydər Əliyevin İli”nə töhfə olduğunu söyləyib, əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər