Xəbər lentiwidget-title-icon

Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, şair, yazıçı Coşqun Xəliloğlunun “Vətən yaşasın deyə” və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevinc Arzulunun “Qarabağ - qan yaddaşım” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Bu barədə "tehsilmedia.info"a muzeydən məlumat verilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən fədailərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük Zəfəri olduğunu, Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurduğunu vurğulayıb. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonrakı quruculuq dönəmində qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək hər iki şairin yeni çapdan çıxmış “Vətən yaşasın deyə” və “Qarabağ – qan yaddaşım” kitablarından bəhs edib.

Yaqut Bahadurqızı torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların həyat tarixçəsinin xalqın qan yaddaşına köçürülməsi məramı ilə istedadlı qələm sahiblərinin oxuculara təqdim etdiyi kitabların gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağını bildirib.

Şəhid ailələrindən olan Müşgünaz Əliyeva, Rəfiqə Dadaşova, Gürşad Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Abduləziz Xanəhmədoğlu, Mənsurə Qaçayqızı çıxışlarında qeyd ediblər ki, “Vətən yaşasın deyə” və “Qarabağ - qan yaddaşım” şeirlər kitablarında Vətən yanğısını söndürməyə gedən oğullardan bəhs edən, eləcə də Vətəni, torpağı, dövlətçiliyimizi, sülhü tərənnüm edən şeirlərin oxunaqlı olmağına səbəb müəlliflərin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına şair təxəyyülünün olmasıdır. Eyni zamanda, hər iki müəllifin təqdim etdiyi bu kitablarda şəhid valideynlərinə təskinlik verilməklə yanaşı, yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu, qəhrəmanlıq, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və s. kimi hisslər aşılanır.

Tədbirdə şəhidlərimizə həsr olunan fotoslayd nümayiş etdirilib. Kürdəmir rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayon 153 nömrəli tam orta məktəbin və Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri “Vətən yaşasın deyə”, “Qarabağ qan yaddaşım” kitablarından hazırladıqları kompozisiyanı təqdim ediblər.

Təqdimat mərasiminin sonunda hər iki kitabın müəllifi Coşqun Xəliloğlu və Sevinc Arzulu çıxış edərək onların əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçısı olan Milli Ədəbiyyat Muzeyinin Aran regional filialına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Müəlliflər kitablarını şəhid ailələrinə hədiyyə ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər