Xəbər lentiwidget-title-icon

Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir

BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Noyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, universitetin rəhbərliyi, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 8 Noyabr- Zəfər Gününə və BSU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev möhtəşəm Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor bu şanlı qələbənin Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında “Dəmir Yumruq” kimi birləşmiş rəşadətli Azərbaycan Ordusu və xalqın birliyi nəticəsində əldə edildiyini diqqətə çatdırıb. Müasir Azərbaycan tarixinin keçdiyi yola nəzər salan Anar Nağıyev ölkəmizi düşmənin təhdidlərindən Azərbaycan xalqının dövlətçiliyinə və öz ənənələrinə olan sadiqliyin, öz rəhbəri ətrafında sıx birləşməsinin xilas etdiyini vurğulayıb. Rektor bugünkü tarixi zəfərin Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndər Heydər Əliyevin qoyduğu sağlam təməllər sayəsində qazanıldığını deyib. O, Ümummilli liderin fəaliyyəti dövründə ölkəmizin inkişafı üçün yaradılmış əsasların Prezident İlham Əliyevin hakimiyyəti dövründə uğurla davam etdirldiyini vurğulayıb. Rektor bildirib ki, Azərbaycanın güclü iqtisadi potensialı, Milli Ordu quruculuğu və Azərbaycanda baş verən digər inkişaf prosesləri ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə yekunlaşdı. Anar Nağıyev Azərbaycanda gəncliyin milli vətənpərvərlik ruhu əsasında yetişdirilməsinin öz əksini 44 günlük Vətən müharibəsində tapdığını deyib. “Biz xoşbəxt insanlarıq, ona görə ki, Azərbaycan bayrağı müqəddəs Şuşa şəhərində, Kəlbəcərdə otuz illik yaramız olan Xocalıda dağlanır”- deyə rektor qeyd edib. O,15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin qədim şəhərimiz olan Xankəndi şəhərindən xalqa müraciətini eşitdiyimizi bildirib. Rektor bu müraciətin böyük bir tarixin yeni bir mərhələsinin- daha uğurlu, daha böyük zəfərlərlə aparan gələcəyin başlanğıcının işarəsi olduğunu diqqətə çatdırıb. “Ulu öndər Heydər Əliyevin qeyd elədiyi və bütün Azərbaycan xalqının həyat devizinə çevrilən, ümumi daxili kimliyimizi və mənliyimizi göstərən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini Prezident İlham Əliyevin üç il bundan öncə dediyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri ilə öz tamlığını təmin elədi”- deyə Anar Nağıyev bildirib.

Tarixi Zəfərin qazanılmasın və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər və qəhrəman gənclərin rolundan danışan rektor bu gün BSU kollektivinin Sumqayıt Şəhidlər Xiyabanında BSU-nun şəhid məzunları Elnur Allahverdizadənin, Cavid Mirzəyevin əziz xatirələrini andığını diqqətə çatdırıb.

Bütün şəhidlərimizə, qazilərimizə, Azərbaycanı bu zəfər və inkişaf dönəminə çatdıran ölkə rəhbrəinə bir ömürlük minnətdar olacağımızı bildirən rektor tədbir iştirakçılarına Azərbaycanın bundan sonrakı zəfərlərinə də şahidlik etmələrini arzulayıb.

Milli Məclisinin deputatı Arzu Nağıyev 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlıqlarından söz açıb. Bu şərəfli bayramın əhəmiyyətidən danışan deputat Ali Baş Komandan İlham qətiyyətli mövqeyindən danışıb.

Milli Məclisinin deputatı Naqif Həmzəyev XX əsrin 90-cı illərinin əvvəlindən baş verən ictimai-siyasi proseslərə nəzər salıb. Deputat Azərbaycanın suverenliyini təmin etdiyini qeyd edən deputat işğaldan azad edilmiş ərazilərə qayıdışının önəmini qeyd edib. O, gəncləri bu istiqamətdə həyata keçirilən proseslərdə fəal iştirak etməyə çağırıb.

“Təxris olunmuş hərbiçilərin gəncləri maarifləndirmə” ictimai birliyinin sədri Emin Həsənli bu tarixi günün ölkəmizin həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsi olduğunu vurğulayıb. işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində sürətli quruculuq və bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində universitet tələbələrinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səslənib, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar dinlənilib. BSU-nun rəqs kollektivinin təqdimatında milli rəqslər izlənilib. Sonda BSU-nun vokal qrupunun üzvləri ifasında“Azərbaycan Bayrağı” mahnısı səsləndirilib.

BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
BSU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər