Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

BDU-da elmi seminar: “Səsinə görə mənbənin diaqnostikası”

BDU-da elmi seminar: “Səsinə görə mənbənin diaqnostikası”

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının baş müəllimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini Lətif Əliyevin “Səsinə görə mənbənin diaqnostikası” mövzusunda elmi seminarı keçirilib.

BDU-dan "tehsilmedia.info" a bildirilib ki, Lətif Əliyev əvvəlcə səs ekspertizasının kriminalistik araşdırmalarda mühüm rol oynadığını bildirib, səsin analizi ilə müəyyən oluna bilən xüsusatlar barədə danışıb. O, səsə görə mənbələrin müəyyən edilməsi istiqamətində müxtəlif ölkələrdə aparılan tədqiqatlar barədə məlumat verib, gələcək tədqiqatlarda atəş səsinə görə silahın növünün müəyyən olunması, səsinə görə uçuş aparatının növünün və markasının təyini kimi mövzuların işlənilməsinin mümkünlüyünü qeyd edib. Məruzəçi “Səsinə görə avtomobil mühərriklərinin diaqnostikası” mövzusu üzrə apardığı tədqiqatların ilkin nəticələrini açıqlayıb. O bildirib ki, hazırda avtomobil mühərriklərinin diaqnostikası müxtəlif markalı avtomobillər üçün hazırlanmış xüsusi proqram təminatlarının tətbiqilə aparılır. Bu proqramların iş prinsipi avtomobilin müxtəlif hissələrinə qoşulmuş sensorlarlardan gələn elektrik siqnalların emalına əsaslanır. Avtomobillərin təchiz olunduğu sensorların özlərində nasazlıq və ya proqram təminatında funksional pozulma olduqda diaqnostika proqramları vasitəsi ilə avtomobilin müayinəsi mümkünsüz olur. Bu mənada neytral rejimdə işləyən avtomobilin mühərrikinin səsinə görə diaqnostikası xüsusi əhəmiyyət kəsb edir.

Mühərrikin səsinin spektral analizinə görə markası və bəzi digər məlumatları bəlli olan avtomobilin sürətini müəyyən etmək mümkündür. Bu metoddan məhkəmə kriminalistilk ekspertizasında avtomobillərdə olan videoregistiratorlar vasitəsi ilə qeydə alınmış videoyazıya görə nəqliyyat vasitəsinin sürətinin müəyyən olunmasında uğurla istifadə olunur.

Məruzəçi qeyd edib ki, mühərrik səsinin yazılmasında yüksəkkeyfiyyətli yazı qurğularından (geniş işçi zolağa malik həssas mikrofonla təçhiz olunmuş WAV formatda yazan ”QNOM” rəqəmsal diktofonlarından), səsin spektral tərkibinin müəyyən olunmasında isə audiosiqnalların spektral analizi üçün nəzərdə tutulmuş “OTExpert”, “SİS II” və “Justiphone” professional proqram təminatlarından istifadə olunub. Avtomobil mühərrikinin səsinin spektral tərkibi bir çox detallardan - klapanlardan, hidrokompensatordan, paylayıcı valdan, porşen barmaqcıqlarından və s. gələn müxtəlif tezlikli səs siqnallarının toplanmasından yaranır. Alışdırıcı şamların alışdırma bucağının düzgün olmaması, uyğun mühərrik yağlarından və yanacaqdan istifadə olunmaması da mühərrik səsinin spektral tərkibində öz izini buraxır.

Məruzəçi tədqiqatlar zamanı əldə olunan maraqlı nəticələri təqdim edib, bu istiqamətdə araşdırmaların perspektivli olduğunu bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər