Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib - FOTO

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ali məktəb kitabxanalarının menecmenti: icmal və qiymətləndirmə” mövzusunda elmi seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumana mövzu ilə bağlı məruzə edib. O, əvvəlcə kitabxana menecmenti anlayışını izah edib, kitabxanaların idarə olunmasına tətbiq olunan innovativ iş metodları barədə məlumat verib. Bildirilib ki, müasir kitabxana menecmentinin əsas məqsədi kitabxana fondlarının səmərəli təşkili, kataloqlaşdırılması, dövriyyəsi və eyni zamanda, məlumat axtarışını asanlaşdırmaq kimi mühüm funksiyaları həyata keçirməkdən ibarətdir. Ali məktəb kitabxanalarının menecmentindən bəhs edən doktorant bu kitabxanaların oxucularının yüksək akademik səviyyəsi ilə fərqləndiyi üçün onlara göstərilən informasiya xidmətinin spesifik xüsusiyyətlərə malik olduğunu, universitet kitabxanalarının müəssisənin akademik mühitinin formalaşmasında aparıcı rol oynadığını, səmərəli elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfələr verdiyini deyib.

Akademik mühitin təşviqi baxımından rəqəmsal resursların əhəmiyyətindən söz açan tədqiqatçı müasir dövrdə universitet kitabxanalarının rəqəmsal resurslarını təhsil, tədqiqat, eləcə də informasiya mühitinin əsas komponenti kimi qiymətləndirib.

Məruzədə vurğulanıb ki, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri ali təhsil müəssisələrində kitabxana fəaliyyətinin müasirləşdirilməsi və xidmət səviyyəsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bunun nəticəsində isə istifadəçilərin tələbatı dolğun şəkildə təmin olunur.

Tədqiqatda ölkəmizin ali məktəblərinin kitabxanalarında tətbiq edilən iş metodları, həmçinin Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri barədə ətraflı məlumat verilib. Müxtəlif ali məktəblərin kitabxanaları arasında müqayisəli təhlillər aparılıb. Əsasən BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası və UNEC Kitabxana İnformasiya Mərkəzinin iş təcrübəsi əsasında hazırlanmış məruzədə rəqəmsallaşdırma prosesləri şərh olunub. Tədqiqat obyekti olan kitabxanaların strukturu, sənəd dövriyyəsi, kitab fondu, elektron kataloqu barədə iştirakçılara məlumat verilib və müzakirələr aparılıb.

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib - FOTO

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər