Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO

BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO

Bakı Dövlət Universiteti (BDU) və “SARA INVEST Holding”in əməkdaşlığı və universitet-özəl sənaye sektorunun işbirliyi modeli formatında “Bitki xəstəliklərinin diaqnostikası və mübarizə metodları” mövzusunda növbəti elmi-praktik konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info" a BDU-dan məlumat verilib.

Konfransda iştirakçılar tərəfindən bitki xəstəliklərinin hər il yüz minlərlə ton meyvə-tərəvəz məhsulunu məhv etməsi və kənd təsərrüfatı sahəsində ciddi iqtisadi problemlərə səbəb olması qeyd edilib. Bitki xəstəlikləri ilə mübarizə metodları və nəticələr barədə məlumatlar paylaşılıb.

Bildirilib ki, BDU və “SARA INVEST Holding”in əməkdaşlığının əsas məqsədlərindən biri bitki patogenlərinin düzgün diaqnostikası ilə yanaşı, bu patogenlərlə mübarizə metodlarının araşdırılması, tədqiqatı və risk qiymətləndirməsi layihəsinin həyata keçirilməsidir. Aparılacaq tədqiqat layihəsinə bu sahədə illərlə təcrübəsi olan Türkiyənin Qərbi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (BATEM) mütəxəssisləri də cəlb edilib. Layihə çərçivəsində bitki xəstəlikləri üzrə əldə edilən diaqnostik nəticələr araşdırılacaq, sistematik analizlər aparılacaq və risk qiymətləndirilməsi çıxarılaraq müəyyən edilmiş mübarizə metodları üzrə daha bir neçə layihə həyata keçiriləcək.

Əməkdaşlıq zamanı BDU-nun magistratura və doktoranturasında təhsil alan tələbələr “SARA INVEST Holding”in tərkibində yerləşən “AGRO” bitki klinikasında elmi-tədqiqat layihələrində iştirak edəcəklər. Bitki patogenlərinin diaqnostikası sahəsində Türkiyənin “Letgen Biotechnology” şirkəti metodiki, BATEM-in mütəxəssis heyəti isə elmi-tədqiqat sahəsində dəstək göstərəcək.

Layihə çərçivəsində BDU-nun rektoru Elçin Babayev “AGRO” bitki klinikası və onun nəzdində fəaliyyət göstərən “Fitolab” Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasını ziyarət edib. Laboratoriyaya baxış zamanı BDU-nun rektoru E.Babayevə burada entomoloji, herboloji, fitohelmintoloji, bakterioloji, virusoloji və mikoloji müayinələr aparılması, həmçinin nitrat və nitritlərin qalıq miqdarının təyini, suvarma suyunun fiziki-kimyəvi və mikrobioloji müayinələrinin həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

E.Babayev özəl sektorda müasir avadanlıqlarla təchiz edilmiş belə laboratoriyanın olmasını, buradakı işçilərin səriştəliliyini müsbət qiymətləndirib. Eyni zamanda, kadrların böyük bir qisminin BDU məzunlarından ibarət olmasından qürur hissi duyduğunu bildirib. O, universitetin elmi-tədqiqat fəaliyyətində sənayedən gələn istəklər əsasında bu laboratoriyada yüksək səviyyədə aparılan analiz nəticələrindən ibarət “data”lardan istifadə olunmasının vacibliyini vurğulayıb.

“SARA INVEST Holding”in direktoru Baba Qurbanov bu istiqamətdə aparılacaq bütün işlərdə öz dəstəklərini əsirgəməyəcəklərini, innovativ iş birliyində yaxından iştiraklarından məmnun olduqlarını vurğulayıb. O, ölkəmizdə belə yüksək avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda çalışacaq kadrların hazırlanması istiqamətində BDU-ya “SARA INVEST Holding” tərəfindən istənilən dəstəyin verilə biləcəyini qeyd edib.

Sonra əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrin ümumi müzakirəsi aparılaraq, yol xəritəsi müəyyənləşdirilib.

BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO
BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO
BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO
BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO
BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində elmi-praktiki konfrans keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər