Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

BDU-da Simpoziumun açılışı olub

BDU-da Simpoziumun açılışı olub

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi və qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş nitqi ilə açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib. O çıxışı zamanı 2023-cü il bütün Türk dünyası üçün ikiqat bayram olduğunu söyləyib: "Artıq azad Qarabağımız Türk dünyasının birləşmə nöqtəsinə - çoxsaylı siyasi, iqtisadi, mədəni tədbirlərin keçirilmə məkanına çevrilir. Əziz Şuşamız 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu, türk dövlətlərinin uşaq rəqs qruplarının iştirakı ilə “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı, III “Korkut Ata” Türk Dünyası Film Festivalı kimi mötəbər tədbirlərin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir".

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə qeyd edib ki, türk dövlətləri böyük bir ailədir: "Bu ailənin həmişə güclü olması üçün türkdilli dövlətlərin mətbuat, mədəniyyət xadimlərinin, alimlərinin üzərinə böyük vəzifə düşür".

Daha sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və mədəniyyət kafedrasının müdiri, professor Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayiş etdirilməsi planlaşdırılır. Filmin ilk nümayişi isə BDU-da keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər