Xəbər lentiwidget-title-icon

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR

Məktəb direktorları üçün seminarlar başa çatıb

Məktəb direktorları üçün seminarlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunmuş seminarlar başa çatıb.

Bu barədə "tehsilmedia.info"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva Azərbaycanın ərazi bütovlüyünün bərpasının xalqa qürurverici hiss yaşatmaqla bərabər “Böyük Qayıdış”a gedən yolda təhsil işçilərinin qarşısında Azərbaycanın daha işıqlı gələcəyi naminə intellektual, bacarıqlı gənclər yetişdirmək kimi böyük məsuliyyət qoyduğunu söyləyib.

M.Vəliyeva tədrisin təşkilində müasir yanaşmaların tətbiqinin, sinif otaqlarında 45 dəqiqə ərzində səmərəli dərs prosesinin baş tutmasının, öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin ən ümdə məsələ olduğunu diqqətə çatdırıb, şagirdlərə yaxşı təlim verməklə yanaşı, onları Vətən sevgisi ruhunda tərbiyə etməyin də vacibliyini vurğulayıb.

Ümumi təhsilin dövlət standartlarına uyğun idarəetmə prinsiplərindən söz açan M.Vəliyeva məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi, fəaliyyətin düzgün sistemləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamasının zəruriliyini önə çəkib. O, hər bir məktəb direktorunun öz fəaliyyətinin təhlilini aparmasının əhəmiyyətini vurğulayıb, şagird nailiyyətlərinin artırılması, müəllimlərin sertifikasiyası, monitorinq sisteminin təşkili, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb.

Seminarlarda məktəb direktorunun fəaliyyət rolları, keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, pedaqoji sənədlərin işlənilməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi, kadr münasibətlərinin tənzimlənməsi, təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili, maliyyə tənzimlənməsi, layihələr, olimpiadalar, müsabiqələr və digər müvafiq mövzularda tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, seminarların keçirilməsinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər