Xəbər lentiwidget-title-icon

Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR

DİA Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə əməkdaşlığı genişləndirir - FOTO

DİA Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə əməkdaşlığı genişləndirir - FOTO

Ankara şəhərində Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında əməkdaşlığa dair protokol imzalanıb.

Bu barədə "tehsilmedia.info"a DİA-dan məlumat verilib.

İlk dəfə 2021-ci ildə Ankarada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanmış protokol çərçivəsində iki ölkənin dövlət qulluqçularının hazırlanması və inkişafı sahəsində əməkdaşlığına dair qərar qəbul olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Bu çərçivədə Türkiyə Prezidenti Administrasiyası İnsan Resursları Ofisi rəhbərliyinin dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə fəaliyyəti nəzərdə tutulub.

Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbəri, dosent doktor Salim Atay və DİA-nın rektoru akademik Urxan Ələkbərov tərəfindən imzalanan sənəddə İnsan Resursları Ofisi tərəfindən dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədilə hazırlanmış və özündə 35 mindən çox təlim videolarını birləşdirən “Uzaktan Eğitim Kapısı” adlı rəqəmsal platformadan birgə istifadə, dövlət qulluğu sahəsində qarşılıqlı təlimlərin keçirilməsi və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur. Türkiyədə istifadəyə verildiyi gündən bu xidmətdən 1596 dövlət qurumu yararlanıb və təlim videolarının izlənmə sayı 220 milyonu ötüb. İlk olaraq Azərbaycanda fəaliyyət göstərən, dövlət qulluqçularının istifadəsinə verilən və sinxron olaraq Azərbaycan dilinə tərcümə olunan rəqəmsal təlim platformasından gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin də öz kadr potensialının təkmilləşidirilməsi üçün istifadə edilməsi planlaşdırılır.

İmzalanma mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycanın son illərdə iqtisadi, siyasi, humanitar, hərbi inkişafı ilə bağlı geniş məlumat verib. Rektor qeyd olunan uğurların əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və ölkənin uğurlu inkişafına dəstəyini göstərib.

U.Ələkbərov Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu deyib. Qeyd edilib ki, Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan dünyanın inkişaf etmiş ölkələrindən yüksək olması respublikanın iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür.

Akademik U.Ələkbərov ölkəmizdə əldə olunan uğurların 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbədə böyük payının olduğunu vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir.

İnsan Resursları Ofisinin rəhbəri Salim Atay dövlət qulluğu sahəsində kadrlarının hazırlanması istiqamətində Türkiyənin təcrübəsi barədə ətraflı məlumat verib. O, kadr potensialının təkmilləşdirilməsi sahəsində innovasiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşüb.

S.Atay dövlət qulluqçularının hazırlanması prosesində iki ölkənin əməkdaşlığının gələcəkdə böyük səmərə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə gələcək birgə fəaliyyətə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

DİA Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə əməkdaşlığı genişləndirir - FOTO

DİA Türkiyə Respublikası Prezident Administrasiyası yanında İnsan Resursları Ofisi ilə əməkdaşlığı genişləndirir - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər