Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

“Şərur rayonunun tarixi” monoqrafiyası işıq üzü görüb

Naxçıvan Bölməsi əməkdaşları - AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun həmmüəllifliyi ilə "Şərur rayonunun tarixi” adlı yeni monoqrafiya çapdan çıxıb.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Monoqrafiyanın elmi redaktoru, akademik İsmayıl Hacıyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevdir.

Kitabda Şərur rayonunun tarixi bütöv şəkildə ələ alınaraq öyrənilmiş, inkişaf mərhələləri ardıcıl şəkildə təhlil olunmuşdur. Burada ilk insan məskənlərindən başlayaraq Şərurun qədim abidələri, həmin abidələrdən aşkar olunmuş arxeoloji materiallar, həmçinin Şərur tarixinin müxtəlif dövrləri araşdırılmış, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri barədə məlumatlar öz əksini tapmışdır. Bölgədə formalaşan sosial-iqtisadi və siyasi proseslərin, Cənubi Qafqaz və Yaxın Şərq tarixinin tədqiqində olduqca əhəmiyyətli olduğu qeyd olunmuşdur.

Əsərin əvvəlində Şərur toponiminin etimologiyası, rayonun yaranması, coğrafi mövqeyi, təbii şəraiti, faydalı qazıntıları barədə ətraflı məlumatlar yer alır. Vurğulanır ki, 2008-2012-ci illərdə rayon ərazisindəki Oğlanqala və Qızqala abidələrində aparılan tədqiqatlar Şərurun tarixinin öyrənilməmiş səhifələrini üzə çıxarmağa imkan vermiş, bölgənin qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərmişdir. Tarixin sonrakı mərhələlərində də strateji əhəmiyyətini qoruyub saxlayan Şərur hələ qədim zamanlardan türkdilli xalqların məskəni olmuş, məskunlaşma prosesi Orta əsrlər dövründə də davam etmişdir.

Monoqrafiyada rayonun 1991-1993, 1993-2021-ci illər üzrə sosial-iqtisadi inkişafına, eləcə də bu inkişafın yekunlarına xüsusi yer verilmişdir. Dövlət müstəqilliyimizin bərpasından, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra rayonun inkişafında yeni mərhələnin başlandığı diqqətə çatdırılmışdır.

Əsərin "Şərur rayonunun mədəni inkişafı” adlanan fəslində rayonda elm və təhsilin, mədəni-maarif müəssisələrinin, mədəniyyətin inkişafından, Şərur rayonunda formalaşmış ədəbi mühitdən, buradakı sosial-ideoloji mərkəzlərdən bəhs edilir. Şərur rayonunun tarix və mədəniyyət abidələri "Arxeoloji abidələr” və "Məscid və ziyarətgahlar” adlı yarımfəsillərdə əhatəli şərh olunur.

Azərbaycan, türk, rus və digər xarici dillərdə 300-ə yaxın mənbəyə istinadların yer aldığı monoqrafiyanın sonuna ölkə başçısı cənab İlham Əliyevin rayona səfəri zamanı çəkilmiş foto-şəkillər, Qazma mağarasından, Xələc, Ovçulartəpə, Şortəpə,Yaycı, Qızqala, Qazxan, Oğlanqala, Qoşatəpə, Hadiqaib və başqa yaşayış yerləri və nekropollardan aşkar edilən naxışlı, boyalı keramika nümunələri, bəzi qədim dövr yaşayış yerlərinin planları əlavə edilmişdir.

Monoqrafiya elm adamları, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Oxşar xəbərlər

Bütün xəbərlər