Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

Sentyabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tyutor xidməti” təlim proqramı uğurla başa çatıb.

tehsilmedia.info xəbər verir ki, MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimat bacarıqları” mövzularını əhatə edib.

2023-cü ilin sentyabrın 18-də MDU-nun elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov, Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və fakültə dekanları təlimləri başa vuran iştirakçılarla görüş keçiriblər.

Görüşdə çıxış edən professor V.Əyyubov tədrisin təşkilində keyfiyyətin artırılması, universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb, bu istiqamətdə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi baxımından MDU-da hər il təşkil olunan sözügedən təlim proqramının faydalarından danışıb. Yalnız MDU-da akademik məsləhətçi kimi çalışanların deyil, həmçinin, bir sıra şöbə və strukturlardan ümumilikdə 20-dən çox əməkdaşın təlimlərdə iştirak etdiyini bildirən V.Əyyubov proqramı müvəffəqiyyətlə başa vuran təlim iştirakçılarını təbrik edib və təşkilati işlərdə əməyi olanlara təşəkkürünü çatdırıb.

Sonra təlim proqramında iştirak edən əməkdaşların təəssüratları öyrənilib, təlim nəticələrinin dəyərləndirilməsi məqsədilə onlarla müvafiq qaydada söhbət aparılıb və təlimlərin gələcəkdə daha effektiv və təkmil həyata keçirilməsi istiqmətində təkliflər dinlənilib.

Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da təhsilalanlara göstərilən ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə əməkdaşların, o cümlədən tyutorların müasir tələblərə uyğun bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında MDU-da “Tyutor xidməti” təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər