Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Sumqayıtda təhsil işçiləri və təhsildə fərqlənən tələbələrlə görüş keçirilib - VİDEO

Sumqayıtda təhsil işçiləri və təhsildə fərqlənən tələbələrlə görüş keçirilib - VİDEO

Sumqayıt şəhərində şəhid ailələrinin orta məktəbə gedən övladları, eləcə də 2022-2023-cü tədris ilində qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq Sumqayıt məktəblərindən məzun olan tələbələrlə görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, məktəb direktorları, şagirdlər və şəhid ailələri iştirak edib. Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qeyd edib ki, ötən tədris ilinin sonunda Sumqayıt şəhəri üzrə 3789 nəfər ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirərək məzun olub. Qəbul imtahanında iştirak edən məzunlardan 130 nəfər 600-dən yuxarı, onlardan 26 nəfəri isə 650-dən yuxarı bal toplayıb.Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki,şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Zakir Fərəcov yeni tədris ilinə qədəm qoyan şagirdləri təbrik edib. Onların da yüksək bal toplayaraq ali məktəblərə qəbul olmalarını arzulayıb. Çıxışlardan sonra şəhid ailələrinin orta məktəbə gedən övladlarına məktəbli ləvazimatları,təhsildə fərqlənən müəllimlərə fəxri fərmanlar,qəbul imtahanlarında yüksək nəticələr əldə edən şagirdlərə isə qiymətli hədiyələri təqdim olunub. Qeyd edək ki bu il Sumqayıt məktəblərindən 3015 məzun ali təhsil müəssisələrinə sənəd verib, onlardan 2448 nəfəri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb Beləliklə bu il ali təhsil müəssisələrinə qəbul şəhər üzrə 81% olub.

“Sabahın alimləri” müsabiqəsində Sumqayıt məktəblərinin 6 layihəsi medala layiq görülüb. “Heydər Əliyev” ili çərçivəsində bütün məktəblərdə tədbirlər, müsabiqələr və açıq dərslər keçirilib.Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində Sumqayıt şəhəri üzə iştirak edən iki nəfər şagirdimizin hər ikisi 1-ci yerə layiq görülmüşdür. Şagirdlər həmçinin müxtəlif istiqamətli tədbir, incəsənət idman və intellektual yarışlarda iştirak edərək “Xəmsə Milli İntellektual Oyunu”, “Fövqəladə hallar uşaqların gözü ilə” X respublika uşaq yaradıcılıq müsabiqəsi, “Xəmsə möcüzəsi” I Respublika onlayn incəsənət-festival müsabiqəsi, “Əlaçı” televiziya layihəsində bir sıra nailiyyətlər əldə edib. Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində isə şəhər üzrə yeddi layihə qalib olub. Tədbir konsert proqramı ilə davam etdirilib.

Müşviq Tofiqoğlu,

Anar Məmmədov,

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər