Bakıda 4-cü siniflər üzrə monitorinq 50 mindən çox şagirdi əhatə edib

"Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərin nəticəsi qənaətbəxş olub".
tehsilmedia.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.
Monitorinqlərdə 50 mindən çox şagird iştirak edib:
"Təhlillər detallı şəkildə yerlərə çatdırılıb və mövcud problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilib".



























