Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən beynəlxalq yay məktəbi başlayıb.

tehsilmedia.info xəbər verir ki, yay məktəbində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə iştirak edir.

İki həftə davam edəcək yay məktəbinin açılış mərasimində BANM-in Erasmus+ Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva bu layihənin əhəmiyyətindən danışaraq iştirakçıları nəzərdə tutulan proqramla tanış edib. O bildirib ki, iştirakçılara Azərbaycanın enerji keçidi mövzusunda seminarlar keçiriləcək, bu sahədə görülən işlər barədə məlumat veriləcək, həmçinin onlar Azərbaycanın tarixi və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Açılış tədbirindən sonra tələbələr Bakı Ali Neft Məktəbinin kampusu, buradakı laboratoriyalar ilə tanış olublar. Həmin gün SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev “Azərbaycanın yaşıl enerji potensialı”, “SOCAR-ın enerji strategiyası”, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva “Azərbaycanın enerji siyasəti” mövzusunda seminar keçib.

Qeyd edək ki, bu yay məktəbi layihəsi artıq üçüncü dəfədir ki, məhz BANM-də həyata keçirilir. Layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən Azərbaycanın enerji siyasəti, Bərpa olunan enerji mənbələri, Entropiya qanunu və qlobal enerji probləmləri, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, Enerji keçidi-rəqəmsallaşma və kibertəhlükəsizlik və geotermal enerji mövzularında dərslər keçiriləcək. SOCAR-ın Baş ofisi və bp-də yay məktəbinin iştirakçıları ilə görüşlərin təşkil olunması da nəzərdə tutulub.

Proqram çərçivəsində iştirakçıların Şəki, Quba, Xızı şəkər əsası dağlarına səfəri, Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, Şirvanşahlar Sarayı, “Atəşgah məbədi”, palçıq vulkanlarına ekskursiyası təşkil olunacaq.

Sonda proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq.

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

BANM-də alman mühəndislər üçün yay məktəbi başlayıb - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər