MİQ üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Bu barədə "tehsilmedia.info"a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsinin V günü ibtidai sinif, fiziki tərbiyə, riyaziyyat, tarix, kimya, biologiya, coğrafiya və musiqi fənləri üzrə müsahibələr təşkil olunub.
Müsahibələrə 728 nəfər dəvət olunub.



























