Xəbər lentiwidget-title-icon

"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
Naxçıvanın 127 şagirdi RFM-in yarımfinalında iştirak edəcək
Hansı bölgədə kişi müəllimlərin sayı daha çoxdur? - rəqəmlər AÇIQLANDI
Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır
Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır
Magistratura imtahanında iştirak ödənişi artacaq? - DİM
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib
Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə
Tarix fənni müəllimləri ilə görüş keçirilib
Məktəb tədbirləri: Bayram, yoxsa valideynlər üçün maddi yük?
Uğurdan sonrakı sükut: Birinci olmaq kifayətdirmi?
Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? - İnternat məktəbində OLAY
Paytaxt məktəbində YENİLİK: Davamiyyət QR kodla yoxlanılır
İki uşaq bağçasına müdir təyin OLUNDU
Rezidenturaya ərizə qəbulu elan edilib
Siniflərdə şagird sayı normanı aşır: “müəllimlərin köməkçiləri olsun” - TƏKLİF
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb
Ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək
Ali təhsilli qadınları sayı ARTIR: ən çox seçdikləri İXTİSASLAR
Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

MİQ suallarını Regional Təhsil İdarələri hazırlasın! – MÜBAHİSƏLİ TƏKLİF

MİQ suallarını Regional Təhsil İdarələri hazırlasın!  – MÜBAHİSƏLİ TƏKLİF

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının keçirilməsindən sonra sosial şəbəkələrdə imtahan suallarının quruluşu, kontenti ilə bağlı çoxsaylı şikayətlər edilirdi. Hətta bir çoxları MİQ imtahanlarının keçirilməsinin DİM-ə (Dövlət İmtahan Mərkəzi) həvalə edilməsini təklif edir. Çünki DİM-in bu sahədə uzun illərdən gələn təcrübəsi ortadadır. Ancaq MİQ imtahanlarından öncə sertifikasiya imtahanlararının keçirildiyini və prosesin uğurla başa vurulduğunu nəzərə alsaq bu təklifi necə qiymətləndirmık olar?

tehsilmedia.info xəbər verir ki, sözügedən mövzu ilə bağlı fikirlərini azedu.az-a bölüşən təhsil eksperti Nadir İsrafilov bildirib ki, sualların tərtib olunması və imtahanların keçirilməsinin DİM-ə həvalə olunması heç nəyi dəyişməcək:

“İmtahan suallarının tərtibi ilə bağlı şikayətlər əvvəllər olub, bundan sonra da olacağı istisna deyil. Nəyisə dəyişmək yox, olanı təkmilləşdirmək barədə düşünməliyik. MİQ imtahanlarının keçirilməsinin DİM-ə həvalə olunmasına dair təkliflər dəfələrlə səsləndirilib. Bununla belə, güman etmirəm ki, sualların tərtib olunmasını və imtahanların keçirilməsinin DİM-ə həvalə olunması bu sahədə nəyisə dəyişəcək. Əvvəlla, DİM onsuz da həddən artıq yüklüdür. Öz iş qrafikinin ancaq çatdıra bilir. Digər tərəfdən bir vəzifəni bir qurumdan alıb, digər quruma verilməsindən sonra nəyinsə müsbətə doğru dəyişəcəyinin o qədər də şahidi olmamışıq”.

Müsahibimizin fikrincə, Azəbaycan Təhsil İnstitutu ilə əlaqədar mütəxəssisləri də cəlb etməklə daha təkmil və anlaşıqlı suallar hazırlamaq olar:

“Kiçik bir xatırlatma yerinə düşər ki, uzun illər Nazirliyə aid olan bütün elmi-pedaqoji xarakterli funksiyalar– tədris planları və proqramları, digər tədris vəsaitləri, metodiki tövsiyələr hətta dərsliklər nazirliyin Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu - indiki Təhsil İnstitutu tərəfindən yerinə yetirilib . Hazırda bu institutun daha geniş kadr potensialı və digər resursları var. Əlaqədar mütəxəssisləri də cəlb etməklə daha təkmil və anlaşıqlı suallar hazırlamaq olar. Bir də ki, suallarla bağlı problem yaşayan namizədlər 2 gün ərzində apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndərilir”.

MİQ suallarını Regional Təhsil İdarələri hazırlasın!  – MÜBAHİSƏLİ TƏKLİF

Ekspert diqqətə çatdırıb ki, MİQ imtahanlarının DİM-ə həvalə edilməsi ilə bağlı addımın atılmasına da zərurət görmürəm:

“Hər qurum öz üzərinə düşən funksional vəzifələri yerinə yetirməlidir. Bu vəzifə də DİM-ə həvalə olunsa, görün onların üzərinə nə qədər böyük yük düşəcək. Düzdür, Nazirlik də həddən artıq yüklüdür. Hesab edirəm ki, MİQ suallarının hazırlanmasını tədricən yeni yaradılan Regional Təhsil İdarələrinə həvalə etmək olar. Bir halda ki, ötən il şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcəyi barədə qərar qəbul etmişik. Elə isə müəllimlərin işə qəbulunu da tədricən onlara niyə etibar etməyək...?!”.

Oxşar xəbərlər

Bütün xəbərlər