Sertifikasiyada ən zəif nəticə göstərən müəllimlər hansı kolleclərdə təhsil alıblar?

"Sertifikasiya imtahanında ən zəif nəticəni Ağcabədi Pedoqoji Texnikomunda təhsil almiş müəllimlər göstərib".
tehsilmedia.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı bildirib.
"İmtahanda ən zəif nəticə göstərən Ağcabədi Pedoqoji Texnikomu - 56 %, Gəncə Humanitar Kolleci - 52 %, Astara Pedoqoji Texnikumu - 49 %, Gəncə Məişət Xidməti Kolleci - 47 %, Lənkəran Dövlət Humanitar Kolleci - 43 %, Lənkəran Məktəbəqədər Pədaqoji Texnikumu - 43 %, Şamaxı Mədəni-Maarif texnikumu - 39 % orta ixtisas təhsili müəssisələridir", - nazir qeyd edib.



























