Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

Tatarıstanın təhsil naziri Bakıda səfərdədir - FOTOLAR

Rusiya Federasiyasının Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

tehsilmedia.info xəbər verir ki, Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev Tatarıstanın təhsil və elm naziri İlsur Xadiullin ilə görüşüb. Görüş zamanı Emin Əmrullayev ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Tərəflər əlaqələrin cari vəziyyət və perspektivlərini müzakirə ediblər, xüsusilə peşə təhsili və müəllimlərin ixtisasartımına dəstək istiqamətləri üzrə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar.

Səfər çərçivəsində qonaqlar STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3 D hologram”, VR zonaları mövcuddur.

Nümayəndə heyəti, həmçinin Bakı Dövlət Universitetini (BDU) ziyarət edib və rektor Elçin Babayevlə görüşüb. Görüş zamanı BDU-nun Tatarıstan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri müzakirə olunub. Nazir İlsur Xadiullin Kazan Federal Universitetində təhsil almış və hazırda BDU-da çalışan professor-müəllim heyəti ilə də görüşüb.

Qonaqlar Bakı Avropa liseyini ziyarət edib və müəssisədə yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar.

Nümayəndə heyəti ilə, həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib. Görüşdə peşə təhsili sahəsində təcrübə və müəllim mübadiləsi, “Qardaşlaşmış məktəblər” layihəsinin icrası ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər