Xəbər lentiwidget-title-icon

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib.

Editor.az Yerli.media saytına istinadən xəbər verir ki, idarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdə mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi-mədəni abidələrin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur.

Məlumatlarda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranıb. Xüsusilə, tarixi-mədəniyyət abidələrinin qorunması üçün ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi iddia olunur.

Eyni zamanda, regionun musiqi məktəblərində bəzi müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirildiyi, bunun müqabilində isə onların əməkhaqlarından müəyyən məbləğlərin tutulduğu bildirilir. İddialara görə, bu vəsaitlər digər qanunsuz gəlirlərlə birlikdə mütəmadi şəkildə toplanır.

Mənbənin məlumatına əsasən, Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, rəsm məktəbləri, qalereyalar, klublar, muzeylər və digər mədəniyyət müəssisələrində həyata keçirilən tikinti, cari və əsaslı təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin bir hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı da məlumatlar varBundan başqa, iddialarda qeyd olunur ki, Regional Mədəniyyət İdarəsində keçirilən tender prosesləri zamanı iştirakçı şirkətlərlə bağlı qərarlar Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə razılaşdırılır. Mənbə tender şirkətlərinin müəyyən edilməsində nazir müavininin rolunun olması ilə bağlı sualların yarandığını vurğulayır.

İddialara görə, 2025-2026-cı illərdə cari təmir işlərinin aparılması üçün ayrılmış tender vəsaitlərinin təxminən 10 faizinin mənimsənildiyi, bu prosesdə bəzi podratçı şirkətlərin də iştirak etdiyi bildirilir.

Qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, rüşvətalma və digər korrupsiya xarakterli hüquq pozuntuları kimi qiymətləndirilə bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Oxşar xəbərlər

Bütün xəbərlər