Xəbər lentiwidget-title-icon

Təhsil İnstitutunun "MARAQLI " sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvalığı
ARTİ məhkəmə qarşısında...
Keçid balları, ixtisas seçimi və qəbul şansları - bütün sualların cavabı CANLI yayımda!
Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir
Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”
Qarabağ Universitetində tədris genişlənir: 2 yeni fakültə, 6 ixtisas
Azərbaycan-Suriya təhsil əməkdaşlığı müzakirə olunub
ETN əməkdaşları üçün təlim keçirilib
4-cü və 6-cı siniflərin sual kitabçalarında tapşırıqlar necə veriləcək?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
WUF13-ün dördüncü gününə start verilir
Ali məktəblərdə qayıb limiti ləğv oluna bilər? - “Tələbələr sui-istifadə edir”
Samux məktəbində qalmaqal...
WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
AzMİU ilə Kiyev universiteti arasında memorandum imzalanıb
Direktorların müəllimə qarşı bu davranışları QADAĞANDIR - QAYDA
WUF13 bunun üçün mühüm həll yolları təklif edə bilər - BMT wuf13-bunun-ucun-muhum-hell-yollari-teklif-ede-biler
Naxçıvanda rus bölməsinə I sinif müsahibələri başlayıb
Məktəblilərimiz informatika olimpiadasında uğur qazanıblar
Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək
Qarabağdakı yenidənqurma işləri WUF13-də təqdim olunub

ARTİ məhkəmə qarşısında...


Azərbaycanın təhsil idarəçiliyində və imtahan sistemində illərdir davam edən sistemli rüşvətxorluq, qeyri-peşəkarlıq və xaos artıq dözülməz həddə çatıb. Bu rüsvayçılığınson həddə çatdığı əsas mərkəz isə fəaliyyəti savadsızlıqdan, kadr bazarlığından və "onun-bunun adamlarını" işə doldurmaqdan ibarət olan Azərbaycan Respublikasının Təhsil İnstitutudur.

İctimaiyyətə "peşəkarlar məkanı" kimi sırımağa çalışdıqları bu qurum, əslində elmi mühakimədən məhrum, Ramiz Mehdiyevin məkanı və Kaspi kursunun maraqlarına xidmət edən bir yer olması ortadadır. Elm və Təhsil Nazirliyi (ETN) nə qədər ARTİ-yə arxa dursa da, haqsızlıqları ört-basdır edib, etiraz mitinqlərini susdurmağa çalışsa da, bu intellektual müflislik artıq gizlədilə bilməyəcək dərəcədə ifşa olunub.

Bütün haqsızlığa susan nazirlik bu dəfə isə məhkəmə ilə üz-üzə qaldı. Açığı mənim də diqqətimi çəkdi. Çünki dəfələrlə ARTİ-nin səhvlərini paylaşmışıq, imtahanlarda, məqalələrdə, dərsliklərdə, vebinarlarda dəfələrlə problemləri bölüşmüşük. Bütün səhvlərini qeyd etmişik amma heç bir faydası olmayıb. Amma Samir Bəşirli ilə ARTİ-nin məhkəmə prosesi insanda bəlkə də bu dəfə ədalət öz yerini tapar - düşüncəsi yaranır.

Samir Bəşirli isə bütün faktları ilə səhvləri bir-bir göstərir.

Nəzərə alaq ki, xüsusilə builki " Tarix sertifikasiya imtahanı" öncəsi paylaşılan suallar və keçirilən vebinarlar rüsvayçılığın son nöqtəsi oldu. Ekran qarşısına çıxıb müəllimlərə "dərs keçən" ARTİ nümayəndələri elementar məntiqi hökmlərdən, dil qaydalarından və fundamental tarixdən bixəbər olduqlarını bütün ölkəyə nümayiş etdirdilər. Öz aləmlərində "çaşdırıcı test kəşf etdiklərini" düşünən bu şəxslərin hazırladıqları suallar məntiqdən, elmdən məhrumdur və birbaşa tarixi təhrif edir.

Aşağıda, ARTİ-nin rəsmi olaraq paylaşdığı və "şedevr" adlandırdığı bəzi tarix suallarının elementar qrammatik, məntiqi və elmi xətalarını ardıcıl olaraq Samir Bəşirli ifşa etmişdir. Həmin sualların təhlilini sizlərə təqdim edirik:

1. "III Əhməd və I Pyotrun xarici siyasətinin ümumi nəticəsi
ARTİ-nin "doğru" cavabı:"Azərbaycanda üsyanların baş verməsi"
İfşa: Azərbaycan dilinin qrammatikasına görə, yiyəlik hal şəkilçisi birbaşa obyektin (III Əhməd və I Pyotrun) öz fəaliyyətinə və onun nəticəsinə aid olmalıdır. Xarici siyasətin nəticəsi üsyan yox, müharibə, sülh, torpaq işğalı və ya ərazi itkisidir. Üsyanın səbəbi isə həmin ərazilərdəki daxili özbaşınalıqlardır, yəni daxili siyasətin nəticəsidir. Bu testi hazırlayanların qrammatik və məntiqi təfəkkür səviyyəsi o qədər bəsitdir ki, cümlənin konkret verdiyi mənadan xəbərləri yoxdur.

2. "Xəritədə işarələnən bəylərbəyliyə aiddir" (Şirvan bəylərbəyliyi göstərilir)
ARTİ-nin "doğru" cavabı: "Osmanlı himayəsi altında yarımmüstəqil xanlığın yaranması"
İfşa: Bu iddia elmi absurddur. Şirvan bəylərbəyliyi heç vaxt Osmanlı himayəsi altında "xanlıq" olmayıb. Sualı hazırlayan naşı bilməlidir ki, variant bəylərbəyliyin "özünə" yox, onun "ərazisinə" aid olmalı idi. "Ərazisində" sözünü yazmağı bacarmayan "mütəxəssislər" bəylərbəyliklə xanlığı eyniləşdirərək elementar anlayış xətasına yol verirlər.

3. Cəfəng "Birinci Dünya müharibəsi dövrünə aid uyğunluğu müəyyən edin"*
ARTİ-nin İddiası:Almaniyaya aid bənddə yazılır ki, "Qafqaz cəbhəsində hərbi əməliyyat keçirmişdir"(İzah kimi 1918-ci il Borçalı döyüşləri əsas gətirilir).
İfşa: Bu elmi kəşfə görə testoloqa təcili "Nobel mükafatı" verilməlidir! Çünki 1918-ci ildə ümumiyyətlə rəsmi olaraq "Qafqaz cəbhəsi" mövcud deyildi. Digər tərəfdən, əgər bu məntiqlə yanaşsaq, onda həmin dövrdə Borçalıda alman ordusu ilə toqquşan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də Birinci Dünya Müharibəsinin rəsmi iştirakçısı sayılmalıdır. Dərslikdən kənar heç bir elmi savadı olmayanları test tərtibatına çağıranda nəticə belə rüsvayçı olur.

4. Sualda verilən bənd:"İmperator V Karl knyazlardan fərqli olaraq reformasiyaya qarşı mübarizəyə başladı"
İfşa: Bu sualı tərtib edən beyin dərk etmirmi ki, Almaniyada Papaya dəstək verən onlarla katolik knyaz var idi? Yəni protestantlara və reformasiyaya qarşı ancaq V Karl mübarizə aparırdı? Katolik knyazların varlığını silib atmaq tarix elmini tamamilə şikəst etməkdir.

5. ARTİ-nin İddiası:Auqsburq sülhünün (1555) nəticəsi kimi "Almaniyada dini müharibələrə son qoyuldu" bəndi götürülür.
İfşa: Birincisi, Almaniyada kütləvi "dini müharibələr" yox, katolik və protestant knyazlar arasında yalnız bir müharibə gedirdi və Auqsburq buna müvəqqəti son qoydu. Almaniyada və bütövlükdə Avropada din adına aparılan müharibələr dövrünə qəti olaraq son qoyan hadisə **1648-ci il Vestfaliya sülhüdür**. Testdə "müharibə" və "müharibələr" anlayışlarının fərqini ayıra bilməmək savadsızlıq nişanəsidir.

6. Sualda verilən ifadə: "1572-ci il qətliamı"
İfşa: Bu, test yox, tapmacadır. Testin şərti və arqumenti konkret olmalıdır. Sabah başqa bir testdə elə bir il yazarlar ki, ağla bir neçə variant gələr. İmtahan verən şəxs ARTİ-nin testoloqunun beynindən keçən tapmacanı tapmağa məcbur deyil.

Digər bir rüsvayçılıq: İngiltərədə "Reformasiya dövrünə aid olmayan hadisə" sualında "Vətəndaş müharibəsi" ilə "Feodal ara müharibəsi" fərqləndirilə bilmir. İngiltərədə vətəndaş müharibəsi XVII əsrdə olub, XV əsrdəki isə feodal ara müharibəsidir (Al və Ağ qızılgül). Üstəlik, Avropada və İngiltərədə Reformasiya prosesinin 1648-ci ilə qədər davam etdiyini, ingilis inqilabının daxilindəki puritan-anqlikan mübarizəsinin məhz reformasiyanın özü olduğunu dərk etməmək, bu sual yazanların təcili işdən kənarlaşdırılmasını tələb edir.

ARTİ-nin bu elmi fırıldaqları artıq hüquqi müstəvidə də ağır zərbələr almaqdadır. "MİQ 2025 Tarix sualları ilə bağlı" qaldırdığımız iddia bu mübarizənin bariz nümunəsidir.


Samir Bəşirli bildirir ki, hazırda məsələ Apellyasiya məhkəməsindədir. Əgər Apellyasiya məhkəməsi də hər hansı formal əsasla iddianı təmin etməsə, səhvlər düzəldilərək başqa formada yenidən məhkəməyə müraciət olunacaq. Məhkəmə ərizələrində imtahan iştirakçılarına münasibətdə ARTİ-nin "diskression (mülahizə) səlahiyyətlərini pozduğunu"hüquqi dəlillərlə əsaslandırmağımız artıq qurumda ciddi panika yaradıb. Bu təzyiqin nəticəsidir ki, ARTİ qorxudan ard-arda 3 seminarını sırf tarix suallarının müzakirəsinə həsr etməyə məcbur olub.

Əgər bu sual salan səriştəsizlər dərhal işdən kənarlaşdırılmasa, yerinə savadlı, məntiqli və Azərbaycan dilinin qrammatikasını bilən mütəxəssislər gətirilməsə, keçirilən seminarların heç bir faydası olmayacaq. Testologiyanın prinsiplərini bilməyənlər gedib Aydın Allahverdiyevin fundamental məqalələrini oxusunlar, Azərbaycan dilini bilməyənlər isə gedib elementar dil dərsləri alsınlar.
Müəllimlərin taleyi ilə oynamaq qətiyyən yolverilməzdir. Belə davam edəcəyi təqdirdə, MİQ 2026 və Sertifikasiya 2026 imtahanlarından sonra ARTİ-ni kütləvi və daha ağır məhkəmə iddiaları gözləyir. Bu məsələdə heç bir geri addım olmayacaq, çünki bu, təhsilin gələcəyi və haqq-ədalət məsələsidir!








Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsil İnstitutunun "MARAQLI " sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvalığı
ARTİ məhkəmə qarşısında...
Keçid balları, ixtisas seçimi və qəbul şansları - bütün sualların cavabı CANLI yayımda!
Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir
Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”
Qarabağ Universitetində tədris genişlənir: 2 yeni fakültə, 6 ixtisas
Azərbaycan-Suriya təhsil əməkdaşlığı müzakirə olunub
ETN əməkdaşları üçün təlim keçirilib
4-cü və 6-cı siniflərin sual kitabçalarında tapşırıqlar necə veriləcək?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
WUF13-ün dördüncü gününə start verilir
Ali məktəblərdə qayıb limiti ləğv oluna bilər? - “Tələbələr sui-istifadə edir”
Samux məktəbində qalmaqal...
WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
AzMİU ilə Kiyev universiteti arasında memorandum imzalanıb
Direktorların müəllimə qarşı bu davranışları QADAĞANDIR - QAYDA