Xəbər lentiwidget-title-icon

Samux məktəbində qalmaqal...
WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
AzMİU ilə Kiyev universiteti arasında memorandum imzalanıb
Direktorların müəllimə qarşı bu davranışları QADAĞANDIR - QAYDA
WUF13 bunun üçün mühüm həll yolları təklif edə bilər - BMT wuf13-bunun-ucun-muhum-hell-yollari-teklif-ede-biler
Naxçıvanda rus bölməsinə I sinif müsahibələri başlayıb
Məktəblilərimiz informatika olimpiadasında uğur qazanıblar
Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək
Qarabağdakı yenidənqurma işləri WUF13-də təqdim olunub
"Müasir metodist"in nəticələrinin açıqlanma tarixi DƏYİŞDİRİLDİ
Rəşad Xanlarov Böyük Britaniyada təhsil məsələləri üzrə müşavir oldu
AzTU-nun əcnəbi tələbəsi beynəlxalq yarışda II yeri tutub
Elm və təhsil naziri Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb
Emin Əmrullayev "Google" nümayəndəsi ilə təhsil texnologiyalarını müzakirə edib
Prezident İlham Əliyev: Şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Qəbələ və Beyləqan peşə təhsili müəssisələri əməkdaşlıq edəcək
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Magistraturada “speaking” mərhələsi: həmin bal 2 il qüvvədə qala bilərmi?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
Qarabağ Universitetində xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib
Avropa Qızlar İnformatika Olimpiadasında qızlarımızın uğuru
“Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var”
Azərbaycan Universitetinin növbəti layihəsi uğurla başa çatıb - Fotolar

"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ

"Şagirdlərin dərsdən yayınaraq hazırlığa getməsi, sadə davamiyyət problemi kimi təqdim oluna bilməz. Bu məsələ məktəbin içində yığılan daha dərin problemlərin üzə çıxmış formasıdır. Əgər uşaq məktəbdən qaçıb hazırlığa gedirsə, deməli, o və ailəsi məktəbdə keçən dərs saatının real nəticə verdiyinə inanmır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva səsləndirdi.

Onun sözlərinə görə, bu gün valideynlər düşünür ki, onların övladının gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir:

"Ona görə də harada nəticə görürsə, ora yönəlir. Belə olduqda təbii olaraq da məktəb nüfuzunu itirməyə başlayır. Belə bir yanaşma formalaşanda isə məktəb formal və ya məcburi iştirak məkanına, hazırlıq isə real nəticə verən paralel təhsil sisteminə çevrilir. Bu fenomen dünyada “kölgə təhsili” adlandırılır. Yəni rəsmi məktəb sistemi var, amma onun yanında ikinci, qeyri-rəsmi və ödənişli bir təhsil sistemi də fəaliyyət göstərir. Əslində, repetitorluğun özü tamamilə mənfi hadisə deyil. Bəzi hallarda şagirdə fərdi dəstək verir, boşluqları tamamlayır, motivasiyanı artırır".

Müsahibimizin sözlərinə görə, repetitorluq məktəbi tamamlayan vasitə olmaqdan çıxıb məktəbi əvəz edən əsas mexanizmə çevrilibsə, artıq söz deməyə ehtiyac yoxdur - məktəb öz missiyasını itirib:

"Lakin burda məsuliyyəti yalnız şagirdin, valideynin və ya müəllimin üzərinə atmaq da doğru deyil. Məktəb proqramı, sinifdə keçilən dərs və imtahan tələbləri arasında real uyğunluq zəifdirsə, şagird təbii olaraq imtahana daha yaxın olan mənbəyə üz tutur. Nəticədə məktəb ikinci plana düşür, hazırlıq isə əsas təhsil yoluna çevrilir. Bu vəziyyət müəllim nüfuzuna da zərbə vurur. Müəllim məktəbdə dərs deyir, amma cəmiyyət getdikcə daha çox repetitoru “real nəticə verən şəxs” kimi qəbul edir. Bu, çox təhlükəli tendensiyadır. Çünki məktəbdəki müəllim zəiflədikcə, məktəbin özü də zəifləyir. Artıq təhsil sistemi elə qurulmalıdır ki, müəllim ən güclü əməyini sinif otağında göstərməkdə maraqlı olsun. Bu vəziyyətin başqa bir təhlükəli tərəfi isə odur ki, hazırlıq imkanları hamı üçün eyni deyil. Maddi imkanı olan ailə uşağını güclü repetitora göndərir, imkanı olmayan ailə isə zəif nəticə ilə barışmalı olur. Belə olanda təhsil sosial bərabərliyi təmin edən mexanizm olmaqdan çıxır, əksinə, bərabərsizliyi dərinləşdirir".

Əməkdar müəllimin fikrincə, burada çıxış yolu dərsdən qaçan uşaqları sadəcə cəzalandırmaq deyil.

"Cəza uşağı məktəbə qaytara bilər, amma məktəbə inamı qaytarmaz. Əsas məsələ məktəbi yenidən faydalı, güclü və nəticə verən yerə çevirməkdir. Məktəbdə tədris elə qurulmalıdır ki, şagird orada keçirdiyi vaxtın onun imtahanına, gələcəyinə və şəxsi inkişafına xidmət etdiyini görsün. Müəllim sinifdə verdiyi dərslə real nəticə yarada bilsin. Qiymətləndirmə sistemi də formal yox, bilik və bacarığı ölçən mexanizm olsun. Qısası, repetitorluq fəaliyyətini düşmən elan etməklə problem həll olunmayacaq. Amma onun məktəbin yerini tutmasına da imkan vermək olmaz. Repetitorluq əlavə dəstək ola bilər, amma əsas təhsil modelinin yerini tuta bilməz, tutmamalıdır", - deyə S.Əliyeva yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər