Xəbər lentiwidget-title-icon

Samux məktəbində qalmaqal...
WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
AzMİU ilə Kiyev universiteti arasında memorandum imzalanıb
Direktorların müəllimə qarşı bu davranışları QADAĞANDIR - QAYDA
WUF13 bunun üçün mühüm həll yolları təklif edə bilər - BMT wuf13-bunun-ucun-muhum-hell-yollari-teklif-ede-biler
Naxçıvanda rus bölməsinə I sinif müsahibələri başlayıb
Məktəblilərimiz informatika olimpiadasında uğur qazanıblar
Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək
Qarabağdakı yenidənqurma işləri WUF13-də təqdim olunub
"Müasir metodist"in nəticələrinin açıqlanma tarixi DƏYİŞDİRİLDİ
Rəşad Xanlarov Böyük Britaniyada təhsil məsələləri üzrə müşavir oldu
AzTU-nun əcnəbi tələbəsi beynəlxalq yarışda II yeri tutub
Elm və təhsil naziri Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb
Emin Əmrullayev "Google" nümayəndəsi ilə təhsil texnologiyalarını müzakirə edib
Prezident İlham Əliyev: Şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Qəbələ və Beyləqan peşə təhsili müəssisələri əməkdaşlıq edəcək
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Magistraturada “speaking” mərhələsi: həmin bal 2 il qüvvədə qala bilərmi?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
Qarabağ Universitetində xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib
Avropa Qızlar İnformatika Olimpiadasında qızlarımızın uğuru
“Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var”
Azərbaycan Universitetinin növbəti layihəsi uğurla başa çatıb - Fotolar

Samux məktəbində qalmaqal...

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux Rayon Uşaq Musiqi Məktəbi ilə bağlı ciddi iddialar səsləndirilir. Məktəbdə çalışan bir qrup şəxsin verdiyi məlumatlara görə, təhsil ocağında uzun müddətdir qanunsuzluq, maliyyə yeyintiləri və müəllimlərə qarşı təzyiq halları
hökm sürür.

​İddialara əsasən, məktəbdə müəllimlərin adına əlavə dərs saatları yazılır, daha sonra həmin saatlara görə müəyyən məbləğlər tələb olunur. Bildirilir ki, bəzi müəllimlər hər ay yüzlərlə manat vəsaıt ödəməyə məcbur edilir. Həmçinin imtahan dövründə dərs yükünün süni şəkildə artırıldığı, nəticədə isə artıq dərs saatı səbəbi göstərilərək bir neçə müəllimin işdən uzaqlaşdırıldığı qeyd olunur.

Şikayətlərdə məktəb direktoru Ülviyyə Nadirovanın kollektivlə kobud və təhqiredici davranışı xüsusi vurğulanır. İddia edilir ki, direktor müəllimləri daim təzyiq altında saxlayır, onları "incidəcəyi" ilə hədələyərək müxtəlif sənədlərə və dərs bölgülərinə imza atmağa məcbur edir. Məktəbdə sağlam iş mühitinin olmadığı, qorxu atmosferinin formalaşdığı bildirilir.

​Səsləndirilən məlumatlarda məktəbin sanitar vəziyyəti ilə bağlı da diqqətçəkən iddialar yer alır. Belə ki, məktəbdə ayaqyolunun bağlı saxlanıldığı, açarın yalnız direktor və tədris işləri üzrə müavin Gülxar Nəsibovada olduğu qeyd edilir. Müəllim və şagirdlərin isə məcbur qalaraq ödənişli ictimai ayaqyolundan istifadə etdiyi bildirilir.

​İddialarda o da vurğulanır ki, direktorun özbaşınalığı və qanunsuz fəaliyyətlərində ona dəstək verən şəxslərdən biri Samux rayon mədəniyyət sahəsində çalışan mühasib Hüseynov İsrafil hesab olunur. Mənbələrin sözlərinə görə, məktəbdə baş verən bir çox proseslər məhz müəyyən şəxslərlə əlbir şəkildə həyata keçirilir.

Qeyd olunur ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına, hətta hüquq-mühafizə orqanlarına da dəfələrlə müraciətlər edilib. Lakin şikayətçilər iddia edirlər ki, bu günə qədər ciddi nəticə əldə olunmayıb.
​Əlbəttə, səsləndirilən bütün bu iddiaların nə dərəcədə doğru olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra məlum ola bilər. Ümid edilir ki, məsələ nəzarətə götürüləcək, qanun pozuntuları aşkarlanacağı təqdirdə isə məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Mənbə :Aranmedia

Oxşar xəbərlər

Bütün xəbərlər