Keçid balları, ixtisas seçimi və qəbul şansları - bütün sualların cavabı CANLI yayımda!
2026-cı il üzrə qəbul prosesinə hazırlıq davam etdiyi bir vaxtda abituriyentləri maraqlandıran bir çox sual hələ də aktuallığını qoruyur. Xüsusilə ixtisas seçimi, keçid balları, qəbul şansları və universitet seçimi ilə bağlı məsələlər gənclərin ən çox müzakirə etdiyi mövzulardandır.
Bu məqsədlə AzEdu.az sabah "TikTok" platformasında abituriyentlər üçün canlı yayım təşkil edəcək.
Canlı yayım sabah saat 16:00-dan 17:00-dək AzEdu.az-ın rəsmi "TikTok" səhifəsində baş tutacaq.
Yayım zamanı ali məktəblərə qəbul prosesi, müxtəlif ixtisaslar üzrə formalaşan keçid göstəriciləri, seçim zamanı diqqət edilməli məqamlar, həmçinin aşağı və yüksək nəticə ilə qəbul şansları barədə ətraflı danışılacaq.
Eyni zamanda, abituriyentləri ən çox maraqlandıran sualların cavablandırılması nəzərdə tutulur.
Qəbul və ixtisas seçimi ilə bağlı vacib məlumatları öyrənmək istəyən hər kəsi canlı yayıma qoşulmağa dəvət edirik.


























