Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
"Təhsilin rəqəmsallaşması sürətlə aparılır".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək:
“Hazırda 6 şagirdə 1 kompüter düşür. Biz bunu hər şagirdə 1 kompüter düşmək səviyyəsinə çatdırmaq istəyirik".



























