Xəbər lentiwidget-title-icon

Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
​"Müəllim nüfuzuna 200 manatlıq zərbə: Yalan xəbərlər təhsilimizi məhv edir!"
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu
Pirəkəşkül Kəndinin Qüruru: Murad Yusiflinin Böyük Zəfəri
Neçə abituriyent 300 bal topladı ?
15 mart imtahanının nəticələri AÇIQLANDI
Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
Apellyasiyaya müraciət edənlərin diqqətinə: balınız azala da bilər - DİM
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib
“Son zəng”də geyim müzakirəsi - məktəb forması məcburi ola bilərmi?

Sürixdə Azərbaycanın və Türkiyənin tarixi bayramları “Yeddi brilyant” konserti ilə qeyd edilib - FOTO

Sürixdə Azərbaycanın və Türkiyənin tarixi bayramları “Yeddi brilyant” konserti ilə qeyd edilib - FOTO

İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycanın Zəfər və Bayraq günləri çərçivəsində türk ənənələrinə həsr olunmuş “Yeddi brilyant” adlı klassik musiqi gecəsi keçirilib.

tehsilmedia.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə-Azərbaycan Dostluq, Mədəniyyət və Həmrəylik Dərnəyinin və Sürix Türk Musiqisi Dərnəyinin birgə təşkilatçılığı ilə məşhur “Swiss Arena”nın konsert zalında baş tutan musiqi gecəsində diplomatik korpusun nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Konsert öncəsi çıxış edən Türkiyənin Sürixdəki Baş konsulu Emre Uygun türk dövlətləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə əvəzsiz töhfələrinə görə təşkilatçılara və dəstəkçilərə minnətdarlığını bildirib. O qeyd edib ki, “Yeddi brilyant”, sadəcə, bir konsert deyil, müxtəlif coğrafi bölgələrdən başlayan və ortaq köklərdə birləşən mədəni səyahətin vədidir.

Azərbaycan bəstəkarı Elmir Mirzoyevin bədii rəhbəri olduğu ansamblın üzvləri Meruert Tulenova (fleyta, Qazaxıstan), Erika Varqa (klarnet, Macarıstan), Pərvin Aşari (arfa, Azərbaycan), Eleonora Kotlibulatova (piano, Özbəkistan), Aiken Aitbay (skripka, Qazaxıstan), Yağmur Təkin (viola, Türkiyə) və Nuraim Kolbunovanın (violonçel, Qırğızıstan) ifasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin eyniadlı baletindən qaynaqlanmış “Yeddi brilyant” adlı konsert proqramı təqdim olunub.

Qeyd edək ki, bu ad Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasının üzv-ölkələrinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan) yeddi tanınmış ifaçısını bir araya gətirib. Musiqiçilər konsert proqramında öz xalqlarının mədəni müxtəlifliyini mükəmməl şəkildə təcəssüm etdiriblər. Yerli bəstəkarların hər notunda və musiqi əsərində dünyaya sülh və xalqlar dostluğu mesajı verilib.

Konsertdən sonra tamaşaçılar bu mədəni hadisəni incəsənətin xalqları və mədəniyyətləri birləşdirə bilməsinin parlaq nümunəsi kimi qiymətləndiriblər.

Sürixdə Azərbaycanın və Türkiyənin tarixi bayramları “Yeddi brilyant” konserti ilə qeyd edilib - FOTO
Sürixdə Azərbaycanın və Türkiyənin tarixi bayramları “Yeddi brilyant” konserti ilə qeyd edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər