Xəbər lentiwidget-title-icon

İlham Əhmədov: "Sonrakı peşmançılıq fayda verməz."
Riyaziyyat müəllimi hazırlığı üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda məruzə
Təhsilin "Toxunulmaz" divarı: Məleykə Abbaszadə hegemonluğu
Bu gün 62 mindən çox şagird üçün İMTAHAN VAR
Bakı məktəbində şagird bıçaqlandı
Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə
Peşə təhsilində maliyyələşmədə yeni model tətbiq edilir
Kenquru Olimpiadası: 26 Milyonluq "Təhsil" İmtahanı
ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ

İlham Əhmədov: "Sonrakı peşmançılıq fayda verməz."



Sosial şəbəkələrdə (facebook-da) sabiq təhsil naziri, indi BDU-nun kafedra müdiri, AMEA-nın m.ü., prof. Misir Mərdanov post paylaşıb. Bu post beynəlxalq riyaziyyat gününə həsr edilmiş, riyaziyyat tədrisinə həsr edilmiş elmi-metodik seminar idi. Bu postu oxuyub, Misir müəllimin yazısına münasibət bildirdim. Əvvəlcə, Misir müəllimin yazdığı mətni təqdim edirik:

Prof. Misir Mərdanov: “martın 13 – də Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində “Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Finlandiyanın Helsinki universitetlərində riyaziyyat müəllimi hazırlığı üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda fakültəsinin müəllim və tələbələri qarşısında məruzə ilə çıxış etdim.

Məruzədə adıçəkilən universitetlərdə riyaziyyat müəllimlərinin hazırlanması istiqamətində tətbiq olunan tədris proqramları müqayisəli şəkildə təhlil olunaraq onların struktur xüsusiyyətləri, məzmunu və tətbiq olunan yanaşmalar haqqında ətraflı məlumat verildi. Göstərildi ki, Azərbaycan Universitetlərinin qeyd olunan ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin tədris planı arasında çox ciddi fərqlər mövcuddir. Bu fərqlərin qarşıdan gələn illərdə aradan qaldırılması məqsədi ilə tövsiyələr üzərində xüsusi dayanıldı. Məsələn: Helsinki Universitetində tədris olunan - Riyaziyyat tədrisinə giriş; Lisey riyaziyyatının təkrarı; Riyaziyyat hər yerdə; Rəqəmsal bacarıqlar; Müasir elmə giriş; Müasir riyazi analiz; Müəllimlər üçün rəqəmsal alətlər; Məntiqə giriş; İKT riyaziyyat tədrisində; Məktəb riyaziyyatı; Bakalavr dissertasiyası; Məktəb təcrübəsi; Karyera portofoliosu; Riyaziyyat tədrisinin nəzəri əsasları; Tədris metodları və kurikulum inkişafı; Tədris psixologiyası; Riyaziyyat tədrisində müasir yanaşmalar; Tədris metodları seminarı; Xüsusi təhsil və fərdiləşdirilmiş tədris; Riyaziyyat tarixi; Tədrisin qiymətləndirilməsi və təhlili; Tədrisin etikası və peşəkar inkişaf adlı fənlər tədris olunsa da, Azərbaycan universitetlərində həmin fənlər tədris olunmur.

Eyni zamanda qeyd olundu ki, bizim universitetlərdə tədris olunan - Diferensial həndəsə və topologiya; Politologiya; Adi diferensial tənliklər; Multikulturalizmə giriş; Mülki müdafiə; Riyazi-fizika tənlikləri; Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi; Hesablama riyaziyyatı; Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi; Funksional analiz; Riyazi fizika tənlikləri; Variasiya hesabı və optimallaşdırma üsulları; Riyazi analizin seçilmiş bölmələrinin tədrisi metodikas; Riyaziyyat kursunda riyazi struktur elementlərinin tədrisi texnologiyası; Riyaziyyat təmayüllü məktəblərdə riyaziyyatın tədrisi metodikası; Proyektiv həndəsənin seçilmiş bölmələrinin tədrisi metodikası; Riyaziyyat təmayüllü məktəblərdə riyazi təhsilin elmi əsasları fənlərinə Riyaziyyat müəllimi ixtisasında ehtiyac yoxdur.

Eyni zamanda Helsinki Universiteti və Azərbaycan Universitetlərində Riyaziyyat müəllimliyi ixtisasının tədris fəlsəfəsi, didaktikası, tədris praktikası, qiymətləndirmə problemləri aralarında olan ciddi fərqlər haqqında da məlumat verdim. Yekunda Azərbaycan universitetləri üçün real təkliflər təqdim olundu. Tədbirdə BDU-nun bir neçə fakültəsinin dekanları da iştirak edirdi.

Dos. İlham Əhmədov: Misir müəllim, bu çox maraqlı və çox da lazımlı bir təhlildir. Buna görə çox sağ olun.
Amma ... bu təhlili 25 il əvvəl etsəydiniz, sonrakı 15 il ərzində də, təhsil naziri kimi ali məktəblərdə keyfiyyətli islahat aparsaydınız, müəllim hazırlığı problemləri ilə ciddi məşğul olsaydlnız, daha yaxşı olardı. İndi çox gecdir.

Bu təhlili ETN menecerləri nəzərə almayacaqlar. Alim nazirin vaxtında etmədiyini, elm və təhsildən uzaq menecerlər edə bilərmi?

Heç olmasa vaxtında bu işi bilənlərlə səmərəli əməkdaşlıq etsəydiniz, onları eşitsəydiniz, məsləhətlərinə əməl etsəydiniz, yəqin ki, təhsilimiz indiki ağır durumda olmazdı. Onda finlər bizdən nümunə alacaqdı.

ğO illərdə nazirliyin pullarını (elə indiki ETN kimi) dost-tanış QHT- lərə və MMC-lərə yox (adlarını yazmıram burda), alimlərin təhsil yönlü təşəbbüs və təkliflərinə, layihələrinə yönəltsəydiniz, bu gün təhsilimiz tərsinə qurulmazdı.

Mənim 15-20 il əvvəl nazirliyə verdiyim layihələri dəstəkləmək əvəzinə, nazirlik mənə hər dəfə: "biz sizin məqalələri oxuyuruq, bəyənirik, layihələriniz də yaxşıdır, əməkdaşlığa hazırıq, amma bizdən layihə pul gözləməyin." cavabı verirdi, elə indiki ETN kimi.
Amma Finlyandiyanın təhsil nazirliyi belə işləməyib. Yəni, öz vəzifəsini milli maraqlara uyğun olaraq qurub, təhsili inkişaf etdirib.

Finlandiyada müəllim hazırlığı proqramları mükəmməldir, ona görə yox ki, onların alimləri və müəllimləri bizim alimlərdən və müəllimlərdən güclüdür. Ona görə ki, Finlyandiyanın təhsil nazirliyi bizim təhsil nazirliyindən güclü idi. Ona görə ki, bu proqramların ərsə gəlməsinə, sınağına, təkmilləşdirilməsinə Finlyandiyanın təhsil nazirliyi universitetlərə, alimlərə bu proqramları hazırlamaq üçün milyonlarla avro qrant verib. Biz isə bütün bunları az maaş alan müəllimlərə, əlavə iş kimi, ictimai əsaslarla, pulsuz etdirmişik. Ucuz (pulsuz) ətin şorbası olmaz.

Finlandiyanın təhsil nazirliyi 33 il düz işləyib, bizim nazirlik isə 33 il səhv işləyir. Nəticənin də belə olması da çox təbiidir.

Bəs bu şərhi niyə yazdım? Bu şərh nəyi dəyişəcək ki? Bu mesaj əslində sabiq nazirə yox, indiki nazirə yönəlib.

Təsəvvür edirəm ki, indiki təhsil naziri də vəzifədən çixandan 15 il sonra belə bir təqdimat edir, lazımlı, düzgün sözlər deyir, özünü xalqın, dövlərin, elmin, təhsilin təssübkeşi və bilicisi kimi yeni nəslə təqdim edir. Onda, indiki nazir deməyəcək ki: “mənim nazir olduğum dövrdə təhsil daha çox tənəzzül etdi, bu gün burda dediyim düzgün sözləri 20 il əvvəl, mən nazir olanda bəyənmədiyim alimlər və təhsil ekspertləri yazırdılar, efirlərdə deyirdilər, mənə bu yöndə təkliflər verirdilər. Amma mən cavan və təcrübəsiz idim, özümü hamıdan savadlı və ağıllı hesab edirdim (zarafat deyil, Lokbatandan o tərəfdə oxumuşdum axı, sertifikatlarım da var idi, ingilis dilini də bilirdim). Heç kəsi eşitmək istəmirdim. Mənim nazirliyim dövründə TN də ETN oldu. İşim artdı. Əvvəl yalnız təhsilin tərsinə qurulması ilə məğul idim, indi həm də, elmi tərsinə qurmağa başladım. Bu səbəbdən, ETN-ə müxtəlif sahələrdən, elm və təhsilə aidiyyatı olmayan menecer dostlarımı toplayıb, tərsinə qurulmuş təhsilin fatihəsini oxuyurduq. Başımız 5 qat artmış təhsil büdcəsinin yerbəyer edilməsinə elə qarışmışdı ki, elm və təhsil tam yaddan çıxmışdı.”

İndiki nazir o vaxt bu sözlərin heç birini deməyəcək, sadəcə “necə olsa, yaxşı olardı” mövzusunda, hipotetik, nəzəri sözlər deyəcək, neytral biri kimi danışacaqdı. İndiki nazirin 20 ildən sonra belə çıxışı zamanı da bir müəllim ona deyəcək ki: “ ay sabiq nazir, o vaxt sizə mətbuatla verilən çoxsaylı təklifləri niyə eşirmədiniz, niyə əməl etmədiniz? Neftin bol vaxtında, hələ imkan var idi təhsili xilas etməyə, insan kapitalı yaratmağa, niyə bunu etmədiniz?”

Bunu deyən və yazan hökmən olacaqdır, elə indiki kimi. Tarix təkrar olunur. İndi bu şərhi ona görə yazdım ki, indiki nazir bu gün nə qədər ki, gec deyil, imkanı var, elm və təhsil üçün, xalq və dövlət üçün nələrsə etsin. Belə sual verilsə, heç olmasa özünə bəraət qazandırmaq üçün bir söz deyə bilsin. Axı, sonrakı peşmançılıq fayda vermir.

Oxşar xəbərlər


Bütün xəbərlər

İlham Əhmədov: "Sonrakı peşmançılıq fayda verməz."
Riyaziyyat müəllimi hazırlığı üzrə tədris proqramlarının müqayisəli təhlili” mövzusunda məruzə
Təhsilin "Toxunulmaz" divarı: Məleykə Abbaszadə hegemonluğu
Bu gün 62 mindən çox şagird üçün İMTAHAN VAR
Bakı məktəbində şagird bıçaqlandı
Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə
Peşə təhsilində maliyyələşmədə yeni model tətbiq edilir
Kenquru Olimpiadası: 26 Milyonluq "Təhsil" İmtahanı
ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"