Xəbər lentiwidget-title-icon

Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər
Məktəbdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQAMA
Neçə məktəbdə monitorinqlər aparılıb?
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?
“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq

Şagird və tələbə üçün marşrut xəritələri yenidən optimallaşdırılsın - TƏKLİF



Azərbaycanda tətbiq olunan “Məktəbli avtobusları” xidmətinin ödəniş məbləğinin yenidən nəzərdən keçirilməsi təklif olunub. Belə ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzəyə əsasən, şagirdlərin təhsil müəssisələrinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhərində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən etibarən daha geniş şəkildə tətbiqinin planlaşdırılması nəzərə alınaraq, xidmət üzrə ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu əsas götürülməklə yenidən baxılması məqsədəuyğun hesab edilir.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, ictimai nəqliyyat mövzusu bəzən interval, tutum, marşrut baxımından texniki məsələ kimi görünsə də, əslində bu məsələ birbaşa təhsilin keyfiyyəti ilə bağlıdır.

“Çünki hər səhər minlərlə şagird, tələbə və müəllim dərsə məhz avtobusla gedir. Onların günə necə başladığı, çox vaxt, yolda necə gəldiyindən asılı olur.

Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsində Ombudsmanın 2025-ci il məruzəsində şagird, tələbə, əlilliyi olan şəxslər və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi təklif olunması əslində çox doğru istiqamətdə atılmış addımdır. Bu, sadəcə sosial jest deyil. Bu, təhsilə çıxışın asanlaşdırılmasıdır.
Bir ailəni düşünək. Uşağın məktəbi, əlavə hazırlıq dərsi, bəlkə də kursu var. Hər gün yol xərci yığılır və ayın sonunda ciddi məbləğə çevrilir. Güzəştli kart sistemi həm davamiyyəti artırar, həm də ailənin yükünü azaldar”.

Onun sözlərinə görə, xüsusilə ucqar ərazilərdə yaşayan uşaqlar üçün bu, real imkan bərabərliyi deməkdir:

“Dünya təcrübəsi də bunu göstərir. Nümunə olaraq, Almaniyada tələbələr üçün “Semesterticket” sistemi illərdir tətbiq olunur. Böyük Britaniyada 16-18 yaşlı şagirdlər üçün endirimli nəqliyyat kartları var. Finlandiyada tələbələr 40-50%-ə qədər güzəştlə ictimai nəqliyyatdan istifadə edirlər. Məqsəd aydındır: təhsil alan insanın yolu çətin olmamalıdır”.

G.Əkbərova onu da nəzərə çatdırıb ki, tələbə üçün nəqliyyat xərci bəzən kitabdan da baha başa gəlir:

“Güzəşt o deməkdir ki, tələbə əlavə işləmək məcburiyyətində qalmadan daha çox vaxtını dərsə, araşdırmaya, inkişafına ayıra bilər. Bu, uzunmüddətli perspektivdə ölkənin insan kapitalına yatırılan sərmayədir.
Müəllimlər üçün isə məsələ bir az da həssasdır. Xüsusilə bölgələrdə çalışan, hər gün bir neçə kilometr yol qət edən müəllimlər üçün nəqliyyat həm maddi, həm də fiziki yükdür. Rahat və əlçatan nəqliyyat müəllimin enerjisini qoruyur. Yorğun gələn müəllimlə enerjili gələn müəllimin dərsi eyni olmur, bunu hamımız bilirik. Müəllim üçün xüsusi güzəştli kart və ya peşə statusuna uyğun dəstək həm praktik, həm də simvolik mesaj verər: “təhsil prioritetdir”.

O eyni zamanda digər təkliflərin də təhsil mühitinə birbaşa təsir etdiyini qeyd edib:

“Avtobus intervallarının 10-20 dəqiqədən çox olması şagird üçün buraxılmış dərs deməkdir. Səhər tıxacında sıxlıq içində gələn uşaq dərsə diqqətli başlaya bilmir. Daha tutumlu, hətta ikimərtəbəli avtobusların alınması sıxlığı azaldar, təhlükəsizliyi artırar. Sürücülərin etik davranışına nəzarət isə xüsusilə yeniyetmələr üçün vacibdir. Onlar hər davranışı model kimi qəbul edirlər. Havalandırma məsələsi də xırda detal deyil. Qapalı, havasız mühit həm sağlamlıq riski yaradır, həm də ümumi gərginliyi artırır. Sağlamlıq və təhsil bir-birindən ayrı düşünülə bilməz”.

Həmsöhbətimizin fikrincə, əlavə olaraq “təhsil saatı” rejimi tətbiq oluna bilər ki, səhər dərsə giriş və çıxış vaxtlarında əlavə reyslər təşkil edilsin:

“Şagird və tələbə sıxlığı olan istiqamətlər üzrə marşrut xəritələri yenidən optimallaşdırıla bilər. Real vaxt göstərən mobil tətbiqlər isə xüsusilə imtahan dövründə stresin azalmasına kömək edər. Hətta şagird, tələbə və müəllim üçün eyni platformada güzəşt və nəzarət mexanizmi ilə vahid “Təhsil kartı” sistemi vasitəsilə qurula bilər”.

İctimai Şuranın katibi yekun olaraq vurğulayıb ki, Bakı kimi böyük şəhərdə şəxsi avtomobillərin sayının azalması da təhsil üçün müsbət nəticə verər:

“Daha az tıxac, daha az gecikmə, daha çox vaxtında çatmaq deməkdir. Dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatın gücləndirilməsi məhz bu səbəbdən prioritetdir. Məsələ əslində çox sadədir. Məktəbə, universitetə və dərsə gedən yol çətin olmamalıdır. Təhsilin keyfiyyəti sinif otağında başlayır, amma ora çatmaqla davam edir. Bəzən gələcəyin taleyi bir avtobus intervalından asılı olur. Və gəlin dürüst olaq dərsə vaxtında çatan şagird daha inamlı olur, rahat gələn müəllim daha məhsuldar olur. İctimai nəqliyyat siyasəti əslində elə təhsil siyasətinin də bir hissəsidir”, - deyə G.Əkbərova qeyd edib.

Oxşar xəbərlər


Bütün xəbərlər

Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər
Məktəbdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQAMA
Neçə məktəbdə monitorinqlər aparılıb?
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?
“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA