Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Təhsil üçün dəyişiklik çağırışı: "Regional İdarələr ləğv olunmalıdır!"



Son illər ölkədə aparılan idarəetmə islahatları fonunda Regional Təhsil İdarələrinin ləğvi və ümumən təhsilin regional prinsiplərlə idarə olunması məsələsi yenidən müzakirə predmetinə çevrilib. Bu müzakirələrdə çox zaman “digər sahələrdə regional idarəetmə var, deməli təhsildə də olmalıdır” məntiqinə söykənən yanaşmalar üstünlük təşkil edir. Halbuki bu müqayisə mahiyyət etibarilə yanlışdır. Təhsil nə energetikadır, nə gömrük, nə də səhiyyənin inzibati-logistik qolu; təhsil canlı, intellektual, mədəni və ideoloji bir sistemdir və onu mexaniki şəkildə regionlara bölmək yalnız idarəetməni ağırlaşdırır, məsuliyyəti yayındırır və nəticə etibarilə keyfiyyəti aşağı salır.

Hipotez olaraq belə bir sual qoymaq olar: əgər təhsildə regional idarəetmə doğrudan da effektiv olsaydı, niyə son illərdə məktəblərin real problemləri — müəllim motivasiyası, məktəb direktorlarının səlahiyyət məsuliyyəti balansı, valideyn–məktəb münasibətləri, tədrisin keyfiyyəti — daha da dərinləşib? Cavab aydındır: regional təhsil idarələri problemin həlli üçün yaradılmış strukturlar olmaqdan çıxaraq, çox zaman problemlə məktəb arasında əlavə bir bürokratik divara çevrilib. Məktəb nə nazirliyə birbaşa çıxış tapa bilir, nə də regional idarə real cavabdehlik daşıyır. Nəticədə məsuliyyət yuxarı ötürülür, təşəbbüs isə aşağıda boğulur.
Ən absurd və qətiyyən izah olunmayan məsələ isə bundan ibarətdir ki, həm Regional Təhsil İdarələri yaradılır, həm də əvvəlki təhsil sektoru (əvvəlki təhsil şöbələri) öz yerində qalır. Necə olur ki, artıq heç bir real funksiyası olmayan sektor da mövcuddur, həmçinin əlavə bürokratik qurum — regional idarə də formalaşır? Bu, açıq bürokratik absurd, vətəndaşın və müəllimin vaxtının, dövlət resurslarının israfıdır. Bir tərəfdə formal və passiv sektordur, digər tərəfdə isə “regional idarə” adı altında səlahiyyət və məsuliyyətlər dağılmışdır. Nəticədə heç kim məsuliyyət daşımır, heç kim qərar vermir, amma bütün bu qurumlar büdcədən maaş alır. Bu hal həm təhsilin keyfiyyətinə, həm də idarəetmənin şəffaflığına birbaşa zərbə vurur.

Təhsildə regionalşmanın absurdluğu onun mahiyyətindən irəli gəlir. Təhsil vahid milli ideologiya, vahid standartlar, vahid keyfiyyət meyarları üzərində qurulmalıdır. Şagirdin Qubada, Lənkəranda və ya Naxçıvanda alacağı təhsil arasında idarəetmə fəlsəfəsi baxımından fərq olmamalıdır. Regional idarəçilik isə istər-istəməz subyektiv yanaşmalara, fərqli qərar mexanizmlərinə, hətta eyni normativ sənədlərin fərqli şərhinə gətirib çıxarır. Bu isə təhsildə bərabərliyin və ədalətin əsas prinsipinə ziddir.

Digər mühüm məsələ ondan ibarətdir ki, regional təhsil idarələri məktəbi gücləndirmir, əksinə onu zəiflədir. Direktor formal olaraq məsul şəxsdir, amma real qərarvermə səlahiyyəti regional strukturda cəmlənir. Bu isə idarəetmədə paradoks yaradır: cavabdeh var, amma səlahiyyət yoxdur. Halbuki müasir dünya təcrübəsi göstərir ki, effektiv təhsil sistemi güclü məktəb modeli üzərində qurulur — güclü direktor, peşəkar müəllim kollektivi və birbaşa mərkəzi təhsil orqanı ilə şəffaf əlaqə.
Gələcək təhsil strukturunun əsas həll yolu regional idarəetmənin ləğvi və ya minimuma endirilməsi, əvəzində funksional, texniki və analitik mərkəzlərin yaradılması ola bilər. Bu mərkəzlər nə qərar verən, nə də inzibati hökmranlıq edən strukturlar deyil, məktəblərə metodiki, hüquqi və rəqəmsal dəstək göstərən platformalar kimi fəaliyyət göstərməlidir. Əsas idarəetmə xətti isə birbaşa Təhsil Nazirliyi ilə məktəb arasında qurulmalı, direktor institutu real səlahiyyət və ölçülə bilən məsuliyyətlə təmin edilməlidir. Lazımsız və artıq sektorlar, formal strukturlar isə tamamilə aradan qaldırılmalıdır; əlavə idarələr yaratmaq yox, mövcud strukturları sadələşdirmək lazımdır.

Bundan əlavə, məktəb daxilində inzibati kadr təyinatları tam müstəqil və azad seçimlə aparılmalı, direktor vəzifələrinə namizədlər yalnız məktəbdaxili qiymətləndirmələr və kollegial qərarlar əsasında seçilməlidir. İşə qəbullar isə regional və ya mərkəzi komissiyalar deyil, məktəbdaxili imtahan komissiyaları tərəfindən həyata keçirilməlidir ki, müəllimlər və digər personal həm yerli şəraitə uyğun, həm də məktəb kollektivi ilə sinxron işləyə bilsin. Məktəbdə qərarverici proseslər real şəxslərə və real məsuliyyətə bağlanmalı, bürokratik mexanizmlərdən asılı olmamalıdır. Bu, həm təhsildə şəffaflığı artırar, həm də peşəkar təşəbbüsü, kreativliyi və məktəb daxili demokratik mühiti gücləndirər.

Əgər məqsəd doğrudan da təhsildə keyfiyyət sıçrayışı yaratmaqdırsa, yolu struktur çoxaltmaqdan deyil, struktur sadələşdirməkdən, məktəbə real səlahiyyət və məsuliyyət verməkdən, lazımsız qurumları aradan qaldırmaqdan və qərarverməni məktəbdaxili sistemə gətirməkdən keçir. Təhsil regional deyil, milli və ideyaya bağlı məsələdir. Regional Təhsil İdarələrinin ləğvi və artıq funksiyasız sektorların birgə aradan qaldırılması, həmçinin məktəbdaxili idarəetmə və işə qəbulların müstəqil, şəffaf mexanizmlərlə təmin edilməsi bu baxımdan dağıdıcı deyil, əksinə, təhsilin dirçəlişi üçün zəruri, təcili və strateji addım ola bilər.

Вселенная Мудрости

Oxşar xəbərlər


Bütün xəbərlər

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto