Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

BMU Çinin universiteti ilə ikili diplom müqaviləsi imzaladı

Bakı Mühəndislik Universiteti (BMU) Çin Xalq Respublikası ilə ali təhsil sahəsində əməkdaşlığını genişləndirməkdə davam edir. Universitet daha bir ikili diplom proqramı (İDP) üzrə müqaviləni bu ölkənin aparıcı ali məktəblərindən olan Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) ilə imzalayıb.

BMU-dan bildirilib ki, müqavilə çərçivəsində "Memarlıq", "İnşaat mühəndisliyi", "Ətraf mühit mühəndisliyi", "İnformasiya texnologiyaları", "Maşınqayırma mühəndisliyi" ixtisasları üzrə iki model əsasında magistratura səviyyəsində birgə təhsil proqramları həyata keçiriləcək. Proqrama müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər.

BMU-nun rektoru Yaqub Piriyev müqaviləni yalnız iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişlənməsi deyil, eyni zamanda Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində bariz nümunəsi kimi dəyərləndirib. Çin ali məktəblərinin zəngin təcrübəsinin BMU üçün dəyərli olduğunu vurğulayan rektor BUCEA-nın “Bir Kəmər, Bir Yol” Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumunun (BRAUIC) yaradılmasında fəal təşəbbüskarlığını ali təhsil müəssisələrinin gələcək birgə layihələrdə iştirakları üçün möhkəm zəmin kimi qiymətləndirib. Yaqub Piriyev həmçinin 2026-cı ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Memarlıq və şəhərsalma ili” elan edildiyini, eləcə də bu il Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini vurğulayaraq, bu önəmli hadisələr fonunda universitetlər arasında səmərəli əməkdaşlığın xüsusi aktuallıq daşıdığı və ali təhsil ilə qlobal şəhərsalma gündəliyi arasında mühüm intellektual körpü rolunu oynadığını qeyd edib. Rektor çıxışının sonunda imzalanan müqavilənin tələbələr üçün yüksək keyfiyyətli akademik mühitdə təhsil almaq, beynəlxalq təcrübə qazanmaq baxımından geniş imkanlar açdığını, eyni zamanda iki universitet arasında uzunmüddətli, etibarlı və səmərəli əməkdaşlığın möhkəm təməlini qoyduğunu bildirib.

BUCEA-nın rektoru Zhang Dayu BMU ilə qurulan əməkdaşlığı Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirib. O, imzalanan İDP üzrə müqvavilənin gənc mütəxəssislərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini önə çəkərək, birgə həyata keçiriləcək proqramların memarlıq, mühəndislik və texnologiya sahələrində innovativ yanaşmaların təşviqi baxımından geniş perspektivlər açacağını vurğulayıb. Rektor həmçinin, BMU heyətinin ötən il BUCEA tərəfindən təşkil olunan “2025 Beynəlxalq Ağıllı Şəhərlər və İpək Yolu Gənclər Sinerjisi Yay Məktəbi”ndə uğurla iştirakını önə çəkib və əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

İmzalanma çərçivəsində tərəflər arasında birgə təhsil proqramlarının icra mexanizmləri müzakirə olunub, eyni zamanda gələcək elmi və akademik layihələrə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər