Xəbər lentiwidget-title-icon

Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq

Məleykə Abbaszadə niyə məhkəmə qarşısında cavab vermir?

Azərbaycan Respublikasının Konstitusiyasında və “Təhsil haqqında” Qanunda dəfələrlə vurğulanır ki, dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu o deməkdir ki, vətəndaşdan tələb olunan bilik səviyyəsinin aşağı həddi qanunla təsbit olunur və həmin minimumu təmin edən şəxs təhsil və peşə fəaliyyətindən kənarda qala bilməz. Lakin Dövlət İmtahan Mərkəzinin illərdir tətbiq etdiyi imtahan mexanizmi bu prinsipə açıq şəkildə ziddir.

Tehsilmedia.az bildirir ki, DİM minimum bilikləri yoxlamaq əvəzinə, sistemli şəkildə maksimum bilik səviyyəsini ölçür. Sualların çətinlik dərəcəsi, qiymətləndirmə meyarları və nəticələrin tətbiqi göstərir ki, məqsəd minimumu təmin edib-etməməni müəyyənləşdirmək deyil, insanları süzgəcdən keçirərək kütləvi şəkildə kənarlaşdırmaqdır. Bu isə artıq qiymətləndirmə yox, cəza mexanizminə çevrilmiş sistemdir.

Bu sistemin memarı və icraçısı Dövlət İmtahan Mərkəzidir. tehsilmedia.info qeyd edir ki, DİM-in sədri Məleykə Abbaszadə isə bu siyasətin birbaşa məsuliyyətini daşıyan şəxsdir. İllərlə eyni yanaşma tətbiq olunur, minlərlə müəllim və gənc imtahanlardan kəsilir, talelər alt-üst olur, amma heç bir konseptual dəyişiklik edilmir. Bu, artıq texniki səhv deyil – bu, şüurlu idarəetmə seçimidir.

Əgər Konstitusiya minimumu tələb edirsə, DİM hansı hüquqi əsasla maksimumu ölçür? Buraxılış bə blok imtahanları sadəcə müsabiqədirsə, niyə onun nəticəsi insanın iş yerini, maaşını və peşə fəaliyyətini birbaşa əlindən alır? Bu sualların cavabı verilmədən DİM-in fəaliyyəti nə hüquqi, nə də etik baxımdan əsaslandırıla bilməz.
Daha acınacaqlısı isə budur ki, bu proses insan taleyinə açıq şəkildə zərər vurduğu halda, heç bir məsuliyyət mexanizmi işə düşmür. Bu gün fərdi qayda pozuntularına görə cinayət işləri açılır, amma minlərlə insanın həyatına təsir edən sistemli qərarların müəllifləri toxunulmaz qalır. Halbuki nəticə etibarilə bu sistem daha ağır sosial və psixoloji fəsadlar yaradır.

Məleykə Abbaszadənin rəhbərliyi altında DİM faktiki olaraq özünü Konstitusiyadan və Təhsil qanunundan üstün mövqedə göstərir. Dövlətin müəyyən etdiyi minimum standartlar kağız üzərində qalır, real imtahan praktikası isə bu standartları açıq şəkildə tapdalayır. Bu artıq təkcə peşəkar səhv yox, idarəetmə məsuliyyətsizliyidir.

Təhsil insan taleyi ilə oynamaq üçün mexanizm ola bilməz. Minimumu bilən insan kənarda qala bilməz. Əgər bir qurum və onun rəhbərliyi bu prinsipi sistemli şəkildə pozursa, cəmiyyətin sual vermək və cavab tələb etmək haqqı var. Qanun hamı üçün keçərlidirsə, bu qanunların pozulmasına görə məsuliyyət də hamı üçün eyni olmalıdır – vəzifəsindən asılı olmayaraq.

Oxşar xəbərlər

Bütün xəbərlər