Xəbər lentiwidget-title-icon

Maksimum bal toplasa da DİM qəbul etmir
Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR

Tələbə sayını süni artırmaq təhsilin keyfiyyətinə zərər verir

Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb təhsilin keyfiyyətini yüksəltməlidir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri əsasən dövlətdən gələn ödənişlər və ödənişli əsaslarla təhsil alan tələbələrin haqqı hesabına fəaliyyət göstərir:

"Bu vəsait, təbii ki, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyaların qurulması və ya yeni ixtisasların açılması üçün kifayət etmir. Buna görə ali təhsil müəssisələrinin rəhbərləri iş adamları və digər təşkilatlarla əməkdaşlıq qurmalı, beynəlxalq təcrübədən yararlanaraq əlavə maliyyə mənbələri yaratmalıdırlar. Yəni hər şeyi dövlətdən gözləmək doğru deyil. ABŞ, Kanada və Avropa universitetlərinin büdcələri ilə müqayisədə bizim universitetlərin imkanları çox zəifdir və əsas səbəb universitetlərin öz təşəbbüskarlıq göstərməməsidir.

Bununla yanaşı, tələbə sayının süni şəkildə artırılması ilə maliyyə problemini həll etmək düzgün deyil. Bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Əgər biz ali təhsildə real inkişaf görmək istəyiriksə, keyfiyyətə üstünlük verilməlidir. Digər tərəfdən, ali təhsil müəssisələrinin məzunlarının əmək bazarına inteqrasiyasında çətinliklərin yaranmasının səbəbi də məhz praktik biliklərin zəifliyidir. Maddi-texniki baza zəifdir, laboratoriyalar yoxdur, tələbələr yalnız nəzəri biliklərlə kifayətlənirlər. Bu da iş dünyasında onların rəqabət qabiliyyətini azaldır.

Ona görə də universitetlər xarici təhsil ocaqları ilə əməkdaşlıq etməli və onların uğurlu təcrübələrini tətbiq etməlidirlər. Büdcəni genişləndirmək üçün layihələr hazırlanmalı, həmin layihələrə dövlət və özəl sektor nümayəndələri cəlb olunmalıdır. Tenderlər keçirilərək yeni tikinti işləri, kampusların qurulması və filialların açılması mümkündür.

Hazırda sadəcə inzibati binada fəaliyyət göstərən universitetlərə xarici tələbələr maraq göstərmir, hətta bunu gülünc hesab edirlər. Bütün fakültələr, dekanlıqlar və laboratoriyalar bir binada yerləşir. Bu, ali təhsil müəssisəsinin passiv fəaliyyətindən irəli gəlir. Mütləq beynəlxalq təcrübədən yararlanmaq və inkişaf istiqamətində ciddi addımlar atmaq lazımdır"

Oxşar xəbərlər

Bütün xəbərlər