Xəbər lentiwidget-title-icon

Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq

"Şagirdlər sadə sözlərin sinonimlərini tapa bilmir" - Ekspertdən Azərbaycan dili fənni ilə bağlı TƏKLİF

"Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, dünyanın inkişaf etmiş ölkələri öz dillərinin təbliği və geniş istifadəsi istiqamətində ciddi addımlar atırlar. Hesab edirəm ki, cənab nazirin də mövqeyi bu yanaşma ilə uzlaşır və biz də bu istiqamətdə lazımi tədbirlər görürük. Öz dilimizin həm ölkə daxilində, həm də xaricdə daha geniş yayılması mütləqdir".

Bu fikirləri Redaktor.az-a təhsil mütəxəssisi Ramin Nurəliyev elm və təhsil naziri Emin Əmrullayevin tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılması fikrindən danışarkən bildirdi.

"Məsələn, Almaniyada alman dili bilikləri tələbələrə ali təhsil müəssisələrində ödənişsiz oxumaq imkanı yaradır. ABŞ və İngiltərədə IELTS və SAT nəticələrinə görə müəyyən güzəştlər tətbiq olunur. Düşünürəm ki, Azərbaycanda da Azərbaycan dilinin dövlət tərəfindən daha geniş şəkildə dəstəklənməsi, dilimizin təkcə ölkə daxilində deyil, müxtəlif ölkələrdə də yayılması üçün tədbirlərin gücləndirilməsi vacibdir. Çünki öz dilimizi dünyaya təqdim etmək üçün ilk növbədə onu özümüz daha dərindən bilməli və təbliğ etməliyik. Hazırda Azərbaycan dili ilə bağlı dövlət tərəfindən bir sıra addımlar atılır və bunlar davam etdirilməlidir. Bu addımlardan biri ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qruplarında Azərbaycan dili fənninin məcburi olmasıdır".

Müsahibimiz təklif edir ki, xarici tələbələr əgər tədris Azərbaycan dilində olan ixtisası seçirlərsə, mütləq Azərbaycan dilindən imtahan verməlidirlər:

"Eyni qayda Azərbaycan məktəblərinin başqa dillərdə tədris olunan bölmələrini bitirən, o cümlədən rus bölməsi və müxtəlif xarici liseylərin məzunlarına da şamil edilir. Onlar ali təhsilə qəbul üçün mütləq dövlət dili imtahanı verməlidirlər. Bütün bunlar Azərbaycan dilinin təhsil sistemindəki rolunun nə qədər vacib olduğunu göstərir. Şagirdlərimizin Azərbaycan dilində danışıq qabiliyyətində, xüsusilə də söz ehtiyatında problemlərin olması isə ayrıca diqqət tələb edir. Bir çox şagird sadə sözlərin sinonimlərini tapmaqda çətinlik çəkir və tez-tez rus və ya ingilis dilinə müraciət edir. Bunun nəticəsində ana dilində danışarkən xarici dillərdən alınma ifadələrdən istifadə etmək məcburiyyəti yaranır. Bu problemi həll etmək üçün orta məktəblərdə Azərbaycan dili fənninə ayrılan dərs saatlarının artırılması, eyni zamanda bədii ədəbiyyata daha çox üstünlük verilməsi çox vacibdir. Çünki söz ehtiyatı məhz bədii ədəbiyyat vasitəsilə daha effektiv formalaşır".

Ekspertin fikrincə, son zamanlar şagirdlərdə natiqlik qabiliyyətinin də kifayət qədər zəif olduğu müşahidə olunur.

"Bir çoxu natiqlik sənətinin nə olduğunu belə bilmir və ana dilində düzgün, ifadəli, üslub baxımından səlis danışmaqda çətinlik çəkir. Bu səbəbdən məktəblərdə nitq mədəniyyəti, danışıq üslubları və üslubiyyata riayət olunması kimi mövzuların daha dərindən tədrisi vacibdir. Azərbaycan dilinin qrammatikası ilə yanaşı, nitq bacarıqlarına və bədii ədəbiyyata üstünlük verilməsi mütləqdir.

Mən bu siyasəti tam dəstəkləyirəm. Çünki ana dilinin qorunması, inkişaf etdirilməsi və təbliği hər bir azərbaycanlı üçün vacibdir. Azərbaycan dilinin tədrisinə ayrılan saatların artırılması, şagirdlərin dilə marağının yüksəldilməsi, müxtəlif müsabiqələrin keçirilməsi, bütün bunlar son dərəcə önəmlidir. “Ana dilimizi sevək-sevdirdək” və ya “Ana dili müsabiqəsi” kimi genişmiqyaslı yarışmalar təşkil olunsa, həm dilə maraq artar, həm də iştirakçılar üçün qoyulan mükafatlar bu prosesi daha da stimullaşdırar. Bu cür təşəbbüslər Azərbaycan dilinə böyük müsbət təsir göstərər və dilin təbliğinə ciddi töhfə verər. Mən bütün bu təkliflərin tərəfdarıyam və onların genişləndirilməsini tam şəkildə dəstəkləyirəm", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər