Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

DİM SAT imtahanı ilə bağlı məqamları təqdim edib

DİM SAT imtahanı ilə bağlı məqamları təqdim edib

Məlum olduğu kimi 2023-cü ildən başlayaraq SAT imtahanları dünyada kompüter vasitəsilə (Digital SAT / Rəqəmsal SAT) keçirilməyə başlanılıb.

tehsilmedia.info xəbər verir ki, ilk rəqəmsal SAT imtahanı Dövlət İmtahan Mərkəzində 11 mart tarixində təşkil olunub.

Kompüter əsaslı SAT imtahanının təşkilinə aid əsas məqamları bir daha ictimaiyyətə təqdim edirik:

Ünvan:

Rəqəmsal SAT imtahanları DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında keçirilir.

Notbuk / planşet:

İştirakçılar imtahan günündən öncə SAT imtahanı üçün xüsusi hazırlanmış proqram təminatını yükləməlidirlər.

İmtahan iştirakçısının notbuk/planşeti yoxdursa, o, "College Board”a imtahan üçün notbuk/planşet ilə müvəqqəti təmin edilməsi barədə sorğu göndərə bilər. İmtahan günü notbuk/planşet ancaq imtahandan əvvəl "College Board”a sorğu göndərmiş iştirakçılara Mərkəzdə veriləcəkdir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, "College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaqdır.

İmtahan müddəti:

Rəqəmsal SAT kağız üzərində keçirilən imtahandan daha qısa - 2 saat və aralarında 10 dəqiqəlik fasilə olmaqla iki bölmədən (Oxu və yazı, Riyaziyyat) ibarətdir.

Proqram təminatı:

İmtahanın proqram təminatı imtahan iştirakçıları üçün aşağıdakı imtahan funksionallığını əhatə edəcəkdir:

  • Suallara daha sonra qayıtmaq üçün onları işarələmək seçimi;

  • İştirakçıların imtahan ekranının yuxarısında göstərmək və ya gizlətmək üçün seçə biləcəyi geri sayım saatı;

  • İştirakçıların riyaziyyat bölməsində istifadə etmələri üçün quraşdırılmış qrafik kalkulyatoru (və ya iştirakçılar öz kalkulyatorlarını gətirə bilərlər);

  • Hər bir riyaziyyat sualı üçün ümumi düsturlardan ibarət istinad vərəqi.

Proqram təminatının interfeysi və sınaq imtahanı:

Rəqəmsal SAT imtahanının proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını "College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.

İştirakçılar imtahana gətirilməlidirlər:

İmtahanda iştirak edən şəxslər tələb olunan aşağıdakı vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.  Buraxılış vərəqəsi – "Admission Ticket”;

3.   "College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş və digər əşyaları gətirə bilərlər. Qaralama vərəq imtahan mərkəzində verilir.

Tarix və ətraflı məlumat:

Növbəti SAT imtahanının DİM test mərkəzi tərəfindən 3 iyun tarixində keçirilməsi nəzərdə tutulur:

Rəqəmsal SAT imtahanı barədə daha ətraflı məlumat "College Board”un rəsmi internet səhifəsində mövcuddur: https://satsuite.collegeboard.org/digital

Oxşar xəbərlər

Bütün xəbərlər